Yerli problemlərin həlli ilə bağlı həyata keçirilən layihələrin miqyası bələdiyyənin maliyyə imkanlarından asılıdır
(Qaraçuxur Bələdiyyəsinin
2023-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2024-cü ildə qarşıda
duran vəzifələr haqqında
HESABATI)
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli, Sərəncamı ilə xalqımızın böyük
oğlu, Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 100 illiyi ilə bağlı 2023-cü il “Heydər Əliyev ili” elan edilmişdi.
2023-cü il Ulu Öndər Heydər
Əliyevin anadan olmasının 100 illiyində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan
cənab İlham Əliyev də öz töhfəsini verərək, torpaqlarımızı tam işğaldan azad
etdi və Ulu Öndər Heydər Əliyevin 100 illiyində
Müzəffər Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa edərək 2023-cü
ili tarixə yazdı.
Qaraçuxur bələdiyyəsi də öz növbəsində “Heydər
Əliyev ili” çərçivəsində bir sıra tədbirlər, eyni zamanda qəsəbə ərazisində
yenidənqurma, parklarda təmizlik, abadlıq, yaşıllaşdırma və quruculuq işləri
aparmışdır.
“Bələdiyyələrin statusu
haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 2023-cü
ildə Qaraçuxur bələdiyyəsinin gördüyü işlərin hesabatını diqqətinizə çatdırmaq
istərdim.
Qaraçuxur bələdiyyəsi
Qaraçuxur və Yeni Günəşli yaşayış sahəsini əhatə edir.
2023-cü ildə Qaraçuxur bələdiyyəsinin
gördüyü quruculuq-abadlıq işlərinin bir neçəsini qısa olaraq diqqətinizə
çatdırıram.
· Qaraçuxur qəsəbəsinin inzibati ərazisində quru və qəzalı vəziyyətdə
olan ağacların budanması və ya götürülməsi ilə bağlı ETSN-nin Dövlət Ekoloji
Ekspertiza Agentliyinin müraciət olunmuşdur.
· Qaraçuxur qəsəbəsinin inzibati ərazisində Yeni Günəşli “D”
yaşayış sahəsində yerləşən 2 saylı uşaq evinə gedən yolda (“D” y/s 1,2,3 saylı
binaların qarşısında), İ.Musayev küçəsi, N.İsmayılov küçəsi, Yeni Günəşli “D”
yaşayış sahəsi bina 26-nın qarşısında, Qaraçuxur qəsəbəsi “Şərq” yaşayış sahəsi
10-cu döngə, Yeni Günəşli “AB” yaşayış sahəsi, ev 64, 66 və 143, Qaraçuxur qəsəbəsi,
“Şərq” yaşayış sahəsi, 2704-ün arxası ünvanlarda məhəllədaxili
yolların asfaltlanması işləri görülmüşdür.
· Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə 10-cu binanın, Yeni Günəşli
“V” yaşayış sahəsi, ev 14-dün fasadının rənglənməsi işləri görülmüşdür.
· Yeni Günəşli “Ana-bala parkı”nda aqlay daşın vurulması işləri
görülmüşdür.
Bunun üçün aidiyyatı
qurumlarla gündəlik əlaqə saxlanılıb və mövcud problemlər onların diqqətinə
çatdırılıb, eləcə də yol kənarlarına və məişət tullantıları meydançalarına tökülmüş
iriqabaritli tullantıların yığışdırılıb daşınmasında müvafiq köməkliklər göstərilmişdir.
Hesabat ilində bələdiyyəmiz
sosial-humanitar tədbirlər çərçivəsində qəsəbədə yaşayan Şəhid ailələrinə, aztəminatlı
ailələrə, kimsəzilərə, xəstələrə, qocalara, maddi imkansızlara və valideyn
himayəsindən məhrum olan uşaqlara maddi yardımlar göstərilmiş, Qaraçuxur qəsəbəsi
“Neftçilər” parkında yerləşən “Veteranlar guşəsi”nin işlətdikləri məişət qazın
ödənişini, Yeni Günəşli “AB”, “Q” yaşayış sahələrində və Samir Cəfərov küçəsində
“Veteranlar guşəsinin istifadə etdiyi elektrik enerjisinin ödənişi bələdiyyənin
vəsaiti hesabına yerinə yetirilmişdir.
2023-cü il ərzində
Qaraçuxur Bələdiyyəsinin 20 ümumi iclası keçirilmişdir. İclasların gündəliyinə
48 məsələ salınmışdır. Həmin məsələlər əsasən təşkilatı, büdcə, sosial maliyyə,
təmir-tikinti, abadlaşdırma və sair məsələlər olmuşdur.
Hesabat ili ərzində 152 nəfər
vətəndaş qəbul edilib. Əhalidən daxil olan ərizələrin sayı 224, idarə, müəssisələrdən
daxil olan məktubların sayı 245, cavablandırılan və göndərilən məktubların sayı
367, arayışların sayı 455 olmuşdur. Daxil olan məktublar və ərizələr tərəfimizdən
araşdırılaraq cavablandırılmış və yaxud aidiyyatı üzrə ünvanlanmış, bələdiyyənin
imkanları daxilində sakinlərin istək və arzularına uyğun həll edilmişdir. İl ərzində
390 nəfər hərbi xidmətdən məzuniyyətə gəlmiş əsgər və zabitlərimizin qeydiyyatı
aparılmışdır.
İxdiyar Nəcəfov qeyd etdi
ki, 2024-cü ilin əvvəlinə qalıq 12.567.00 (on iki min beş yüz altmış yeddi)
manat olub, 2023-cü ildə bələdiyyə büdcəsinin ümumi gəliri 290.222.00 (iki yüz
doxsan min iki yüz iyirmi iki) manat, xərci
isə 280.706.00 (iki yüz səksən min yeddi yüz altı) manat olmuşdur.
Hamımıza məlumdur ki,
yerli problemlərin həlli ilə bağlı həyata keçirilən layihələrin sayı və miqyası
bələdiyyənin maliyyə imkanlarından asılıdır. Bu baxımından bələdiyyəmizin
maliyyə imkanlarının yaxşılaşdırılması məqsədi ilə yerli vergi və ödənişlərin
yığılması işini daha səmərəli təşkil etməyə səy göstəririk. Avtomatlaşdırılmış
Məlumat Sistemində (BAMS) aparılan yeniliklər nəticəsində Əmlak Məsələləri Dövlət
Xidmətində qeydiyyatda olan çıxarışların bələdiyyənin ərazisi üzrə əldə
olunması vergi yığımına müsbət təsir göstərir.
Xatırladıram ki, 01
yanvar 2015-ci il tarixdən yerli vergi və ödənişlər banklar, poçt rabitəsinin
milli operatoru, habelə mövcud nağdsiz ödəmə vasitələri ilə, o cümlədən
internet üzərindən hesab.az ödəniş portalı vasitəsilə həyata keçirilir. Bu dəyişiklik
bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsinə xidmət edir.
Məlumat üçün onu da qeyd
etmək istəyirəm ki, hesabat ilində Yerli vergi və ödənişin ödənilməsindən illərlə
imtina etmiş 142 vergi ödəyicisi barədə inzibati akt tərtib edərək sənədlərini məcburi icraya yönəltmişik. “İnzibati icraat
haqqında” Qanununun 82.1 və 82.2 maddələri əsasında inzibati akt tərtib
olunaraq məcburi qaydada Azərbaycan Respublikasının “İcra haqqında” Qanununa əsasən
icra məmuru tərəfindən icra olunmuşdur.
Hesabat ilində Suraxanı
rayon İcra Hakimiyyəti, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və Qəsəbə
Bələdiyyələri Milli Assosiasiyası ilə qarşılıqlı əlaqəli işləmişik.
Bələdiyyələr yerli
özünüidarəetmə orqanı olduğu üçün onların büdcəsi əsasən əhalidən yığılan yerli
vergilər və rüsumdan formalaşır.
2023-cü ərzində avtomobil
dayanacaqları üçün ödəniş rüsumunun yığımında problemlərimiz hələ də
qalmaqdadır.
Xatırlatmaq istəyirəm ki,
hesabat ilində bələdiyyənin ehtiyat torpaq fondunun və perspektiv inkişaf üçün
torpaq sahəsinin olmaması səbəbindən torpaq növbəliliyinə qeydiyyata götürülmüş
vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamış eləcə
də Bakı şəhərində bələdiyyə torpaqlarının hərrac və müsabiqəsi keçirilmədiyi
üçün vətəndaşların qeyri rəsmi istifadə etdiyi bələdiyyə torpaqlarının sənədləşdirilməsi
aparılmamışdır.
Hesab edirəm ki, bugün qəsəbəmizdə
abadlıq və quruculuq sahəsində görülən tədbirlərdə bələdiyyəmizin işi nəzərə
çarpacaq dərəcədədir.
2024-cü ildə qarşılıqda
duran vəzifələr eləcə də həlli vacib olan sosial yönümlü işləri diqqətinizə
çatdırıram.
· Qəsəbə ərazisində yaşayan az təminatlı ailələrə, şəhid ailələrinə
maddi yardım edilməsi və dəfn xərclərinə köməklik göstərmək
· Qaraçuxur bələdiyyəsinin balansında olan park və xiyabanlarda
abadlıq və yaşıllaşdırma işlərinin aparılması
· Qəsəbə ərazisində yol kənarlarına və zibil meydançaları ətrafına
tökülmüş iriqabaritli tullantıların yığışdırılıb təmizlənməsi
· Qəsəbə ərazisindən gündəlik məişət tullantılarınnın
yığışdırılıb daşınmasına nəzarət və konteynerlərinin təmirinə köməklik
· Qurban, Novruz və Ramazan bayramlarında qəsəbə ərazisində
yaşayan aztəminatlı ailələrə, şəhid və qazi
ailələrinə “Qurban payı” və Bayram sovqatının verilməsi
· Qəsəbə ərazisində Qaraçuxur bələdiyyəsi tərəfindən yeni
salınmış yaşıllıqların və ağacların suvarılması, yeni su xətlərinin çəkilməsi
· Qaraçuxur qəsəbə eləcə də Yeni Günəşli qəbristanlığında abadlıq işlərinin görülməsi
· Qarabağ Müharibəsi və Vətən Müharibəsində şəhid və qazi olmuş
şəxslərin ailələrinin ziyarət olunması.
Bir daha sizləri əmin
edirəm ki, Qaraçuxur bələdiyyəsi ərazidə olan yerli problemlərin həllində qəsəbəmizdə
fəalliyyət göstərən idarə və təşkilatların, xidmət sahələrinin işinin təşkilində
yaxından köməklik göstərəcək, yerli icra orqanları ilə birlikdə qarşıda duran məsələlərin
həll olunmasında üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə
çalışacağıq.
İxdiyar Nəcəfov
Suraxanı rayonu Qaraçuxur
bələdiyyəsinin sədri
Rəylər
0 Rəy