Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-11-2026 , 00:16

78

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Qobustan qəsəbəsində “Zəfər günü” qeyd edilib


Qobustan qəsəbəsində yerləşən Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram konserti keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, tanınmış ziyalılar, şəhid ailələri, müharibə əlilləri və veteranları, respublikanın tanınmış müğənniləri, eləcə də ictimaiyyət nümayəndələri, eləcədə Qobustan bələdiyyəsinin üzv və qulluqçuları da iştirak ediblər.

Bayram konsertində çıxış edən sənət adamları və tanınmış müğənnilər vətənpərvərlik ruhunda mahnılar, milli musiqi nümunələri və bir-birindən maraqlı ifalar təqdim ediblər. Səsləndirilən musiqi nömrələri iştirakçılara Zəfər sevincini, milli qürur və həmrəylik duyğularını bir daha yaşadıb.

Konsert proqramı zamanı Vətənə məhəbbət, torpaq uğrunda mübarizə, qəhrəmanlıq, xalqımızın birliyi və milli-mənəvi dəyərlər mövzusu xüsusi yer tutub. Şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla yad edilib, onların Vətən qarşısındakı misilsiz xidmətlərinin heç zaman unudulmayacağı vurğulanıb.

Bayram konserti iştirakçılara xoş ovqat bəxş etməklə yanaşı, Zəfər tariximizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından da mühüm əhəmiyyət daşıyıb.





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər