Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-10-2026 , 14:54

361

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İcra başçısı  bələdiyyənin inzibati binasına gəlirsə…

Qaradağ Rayon İcra Hakimiyyətinin yeni təyin edilən başçısı Natiq Əliyevin keçirdiyi səyyar görüşlərdən sonra bələdiyyələrin fəaliyyəti ilə yaxından tanış olması təqdirəlayiq hal hesab edirəm. Az müddət ərzində aktiv şəkildə müxtəlif ərazilərdə yerləşən Qobustan, Sahil, Lökbatan qəsəbələrində keçirdiyi görüşlərdən sonra artıq ənənəvi olaraq bələdiyyənin inzibati binasını ziyarət etməyi, hətta sədr və  kollektivlə görüşməsi,  bələdiyyənin fəaliyyətlə bağlı onu maraqlandıran sualların verilməsi, sonda isə bələdiyyənin fəaliyyətinə dəstək verməyə hazır olduğunu bəyan etməsinin  özü indiki vaxtda az-az rast gəlinən hadisələrdəndir.  Rayonun əvvəlki siyasi rəhbərindən fərqli olaraq əhali ilə birbaşa təmasda olmağa üstünlük verilməsi, xüsusəndə bələdiyyə sədrləri və kollektivləri ilə görüşlərin keçirilməsi təqdir ediləsi məqamdır.

Sözsüz ki, bu gün Qaradağ  bələdiyyələrinin üzləşdiyi problemlərin həllində icra başçısının istər vergi yığımına müsbət təsiri, istər inzibati ərazi daxilində bələdiyyənin çəki və nüfuzunun artmasına  müəyyən dəstəyi ola bilər.  Ancaq siyasi rəhbərin bu dəstəyini qazanmaq üçün isə gərək bələdiyyələrdə fəaliyyətlərinə yenidən baxmalı, mövcud nöqsanları, xüsusəndə yaradılan  “intriqaları” aradan qaldırmağa çalışmalı və büdcə gəlirlərində artıma nail olmalıdırlar.

Bu gün icra başçısı bələdiyyənin inzibati binasına gəlirsə və öz dəstəyini göstərməyə hazır olduğunu bəyan edirsə, demək, siyasi rəhbərin bu addımı alqışa layiqdir. Güman edirəm ki,  RİH-də çalışan digər məmurlarda siyasi rəhbərin bu  fikirlərinə realda dəstək versələr inanıram ki, rayonda formalaşan  bələdiyyələrin bəzilərində olan DSMF borclarının bağlanılmasına, bəzi bələdiyyələrdə mövcud olan “intriqaların” aradan qaldırılmasına, ətalət basmış bəzi bələdiyyələrdə hərəkətliliyə səbəb olacaqdır.

Hər halda indiki halda  elə də ciddi səlahiyyət sahibi olmayan icra başçılarının bu hərəkəti sayəsində Qaradağ bələdiyyələri  də təcrübəsi yayıla biləcək bir səviyyəyə çata biləcəklər.

Bütün hallarda həm siyasi rəhbərə, həm də bələdiyyələrə fəaliyyətlərində uğurlar arzulayıram.

Vüqar Tofiqli




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər