Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-10-2026 , 19:43

358

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nuranə Hüseynova: “Bu gün kollektivin hər bir üzvü büdcə gəlirlərinin artması üçün öz töhfəsini verməyə çalışır”

“​2026-cı ilin ilk 9 ayı ərzində ümumi vergi və ödəniş daxilolmaları 123,983 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövründəki 87,303 manat ilə müqayisədə 36,680 manat (və ya təxminən 42%) çoxdur”- bu fikirləri Belediyye.infoya  Xəzər rayonu, Zirə bələdiyyəsinin vergi xidmətinin rəhbəri Nüranə Hüseynova deyib.

Artımın əsas səbəblərinə toxunan xidmət rəhbəri büdcə daxilolmalarının istiqamətləri ilə bağlı bunları  bildirib:

-Əmlak vergisi: 2025-ci ilin 9 ayında 20.695 manat olduğu halda, 2026-cı ildə artaraq 28.905 manat təşkil etmişdir. Bu da əmlak vergisi üzrə daxilolmalarda 8.210 manat artım deməkdir.

-Torpaq vergisi: Cədvəldə ən böyük paya sahib olan bənddir. 2025-ci ildə torpaq vergisindən 58.159 manat daxil olmuşdursa, 2026-cı ildə bu rəqəm 83.285 manatadək  yüksəlmişdir Doqquz ay ərzində  25.125 manat artım müşahidə olunub. Ümumi artımın əsas hissəsi məhz torpaq vergisinin payına düşür. 

-İcra-probasiya: Vergi və ya ödəniş intizamı ilə əlaqədar tətbiq edilən sanksiyalar üzrə daxilolmalar 1.849 manatdan 3.090 manat qədər artmışdır.

- ​Stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş: 2025-ci ilin müvafiq dövründə bu bənd üzrə heç bir daxilolma (0 AZN) qeydə alındığı halda, 2026-cı ildə 1.052 manat ödəniş təmin olunmuşdur.

-Bələdiyyə mülkiyyətinin icarəsinə görə ödəniş: həm 2025, həm də 2026-cı illərin 9 aylıq dövründə dəyişməz olaraq dəqiq 6.600 manat səviyyəsində qalmışdır. 

-​İanə: 2025-ci ilin hesabatında mövcud olmayan bu bənd üzrə 2026-cı ildə 1.050 manat ianə daxilolması əlavə olunmuşdur. 

​Nəticə etibarilə, 2026-cı ildə yeni daxilolma mənbələrinin (stasionar/səyyar ticarət və ianə) əlavə olunması, eləcə də əmlak və torpaq vergilərinin həcmindəki nəzərəçarpacaq yüksəliş ümumi 9 aylıq büdcənin əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur.

Vergi xidmətinin rəhbəri vurğulayıb ki, bələdiyyə rəhbərliyinin sistemli fəaliyyəti sayəsində ilin sonunadək büdcə daxilolmalarının artım tepmi ilə davam edəcəyini nəzərdə tuturuq.  Bu gün kollektivin hər bir üzvü büdcə gəlirlərinin artması üçün öz töhfəsini verməyə çalışır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər