Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-10-2026 , 15:42

188

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nailə Nəsirova: “Zabrat qəsəbəsində şəhid və qazi ailələrinin yaşadığı küçəyə asfalt örtüyü çəkilib”

“Sabunçu rayonu, Zabrat qəsəbəsində Leyla Məmmədbəyova küçəsinin ara məhəllədaxili yoluna asfalt örtüyü çəkilib. Zabrat bələdiyyəsi tərəfindən həyata keçirilən bu iş sakinlərin rahatlığının təmin olunması ilə yanaşı, şəhidlərimizin əziz xatirəsinə göstərilən hörmət və ehtiramın da ifadəsidir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Nailə Nəsirova deyib.

Xanım sədr qeyd edib ki, bu ərazidə Vətən uğrunda canından keçmiş şəhidlərimizin və Qarabağ müharibəsi iştirakçılarının ailələri yaşayır. Onlardan biri də 1993-cü ildə şəhidlik zirvəsinə ucalmış top komandiri, şəhid İlqar Muradxan oğlu Quliyevdir. Həmçinin həmin ərazidə II qrup Qarabağ müharibəsi əlili Namiq Bəhlul oğlu Musayev yaşayır. Şəhid Güloğlan Abdulhüseyn oğlu Zeynalovun bacısı da bu məhəllədə yaşayır. Layihə çərçivəsində həmçinin Həzi Aslanov küçəsində də cari təmir işləri həyata keçirilmidir.

Sabunçu RİH-in təşəbbüsü və bələdiyyə iclasının qərarı ilə həyata keçirilən bu layihə mühüm və təqdirəlayiq addımdır. Xanım sədr qeyd edib ki, bu cür layihələrin icrası həm sakinlərin gündəlik həyatını asanlaşdırır, həm də Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə dövlət və bələdiyyə tərəfindən verilən dəyəri göstərir.

Belediyye.info














Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər