Bakı şəhərində fəaliyyət göstərən əsasən rayon bələdiyyələri üzrə doqquzaylıq vergi daxilolmalarının artım göstəriciləri açıqlanıb. 2025-ci illə müqayisədə 2026-cı ildə vergi daxilolmalarının artım tempinə görə ən yüksək göstərici Nizami bələdiyyəsində qeydə alınıb. Belə ki, hesabat dövründə bələdiyyənin vergi daxilolmaları əvvəlki illə müqayisədə 63 faiz artıb.
Bu barədə Bələdiyyə.infoya Azərbaycan Bələdiyyələrinin Milli
Assosiasiyasının (ABMA) “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi”ndən
məlumat verilib.
Məlumata əsasən, doqquz aylıq hesabat dövründə Bakı şəhərinin
digər bələdiyyələrində də vergi daxilolmalarında müxtəlif səviyyələrdə artım
müşahidə olunub. Belə ki, Nəsimi bələdiyyəsində vergi daxilolmaları 23 faiz,
Binəqədi bələdiyyəsində 20 faiz, Xətai bələdiyyəsində 19 faiz, Səbail bələdiyyəsində
18 faiz, Yasamal bələdiyyəsində 13 faiz artıb. Nərimanov bələdiyyəsində isə
artım 2 faiz təşkil edib.
Qeyd olunan göstəricilər bələdiyyələr üzrə vergi
daxilolmalarının artım tempinin fərqli olduğunu göstərir. Bu baxımdan, Nizami bələdiyyəsində
qeydə alınan 63 faizlik artım digər sadalanan bələdiyyələrin göstəricilərindən əhəmiyyətli
dərəcədə fərqlənir.
Bununla yanaşı, vergi daxilolmalarının artım faizi ilə büdcəyə
daxil olan vəsaitin ümumi həcmini fərqləndirmək vacibdir. Belə ki, Nərimanov bələdiyyəsində
vergi daxilolmalarının artımı cəmi 2 faiz olsa da, büdcəyə daxil olan vəsaitin
mütləq həcminə görə bələdiyyə ilk sırada qərarlaşıb.
Belediyye.info
Rəylər
0 Rəy