Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-11-2026 , 00:30

51

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Ağacəkmə aksiyasında Sumqayıt Bələdiyyəsi də yaxından iştirak edib


8 Noyabr – Zəfər Günü münasibətilə Sumqayıt Bulvarı ərazisində keçirilən ümumşəhər ağacəkmə aksiyasında Sumqayıt Bələdiyyəsinin sədri, sədr müavinləri və bələdiyyə qulluqçuları yaxından iştirak ediblər.

Aksiya çərçivəsində ərazidə yeni ağaclar əkilərək şəhərin yaşıllıq sahələrinin genişləndirilməsinə və ekoloji mühitin qorunmasına töhfə verilib.

Bu təşəbbüs Zəfər Gününün xalqımıza bəxş etdiyi qürur və birlik ruhunun təcəssümü olmaqla yanaşı, gələcək nəsillərə daha yaşıl, daha gözəl və ekoloji cəhətdən sağlam Sumqayıtın miras qoyulması istiqamətində atılan növbəti mühüm addımdır.

Zəfərimiz qürurumuz, yaşıllığımız gələcəyimizdir!

Sumqayıt bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər