Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-10-2026 , 21:53

67

Son xəbərlər

Bütün xəbərlər

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “Büdcə gəlirlərinin artırılması şəffaf idarəetmə və iqtisadi fəallığın dəstəklənməsi hesabına həyata keçirilməlidir”

“Bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi yerli problemlərin daha çevik həll olunması və əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bunun üçün ilk növbədə bələdiyyənin mövcud gəlir mənbələri düzgün qiymətləndirilməli, daxilolmaların artırılması və əlavə maliyyə imkanlarının yaradılması istiqamətində sistemli iş aparılmalıdır”- bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov deyib.

Sədr qeyd edib ki, bələdiyyə büdcə gəlirlərini artırmaq üçün ərazidə vergi və digər ödənişlərin uçotunu təkmilləşdirməli, mövcud daşınmaz əmlak və torpaq resurslarından səmərəli istifadə etməli, icarə və digər yerli gəlir mənbələrinin idarə olunmasını gücləndirməlidir. Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş yerli vergilər və ödənişlər üzrə məlumatlandırma və maarifləndirmə işlərinin aparılması vacibdir.

Bununla yanaşı, büdcə gəlirlərinin artırılması yalnız yeni ödənişlərin tətbiqi hesabına deyil, mövcud resurslardan daha səmərəli istifadə, şəffaf idarəetmə və iqtisadi fəallığın dəstəklənməsi hesabına həyata keçirilməlidir.

Əsas məqsəd gəlirlərin artırılması ilə yanaşı, toplanan vəsaitlərin şəffaf və səmərəli xərclənməsini təmin etməkdir.

Bu baxımdan, bələdiyyənin qarşısında duran əsas vəzifə gəlir bazasının genişləndirilməsi, mövcud resursların düzgün idarə olunması, şəffaflığın artırılması və əldə olunan vəsaitlərin əhalinin ehtiyaclarına uyğun istiqamətləndirilməsidir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər