Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-10-2026 , 14:58

141

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bəylər Həsənov: “Qəsəbə bələdiyyəsi olaraq vətəndaşlara göstərilən xidmət səviyyəsini daim artırmağa çalışırıq”

“Bələdiyyə ilə vətəndaş arasında münasibətlər qarşılıqlı hörmət, etimad, şəffaflıq, məsuliyyət və əməkdaşlıq prinsipləri əsasında qurulmalıdır”- bu fikri Binəqədi qəsəbə bələdiyyəsinin sədri Bəylər Həsənov deyib.

Sədr qeyd edib ki, bələdiyyə yerli özünüidarəetmə orqanı olaraq vətəndaşların hüquq və qanuni maraqlarının qorunmasına, onların sosial rifahının yaxşılaşdırılmasına və yaşadıqları ərazinin inkişafına xidmət etməlidir. Odur ki, qəsəbə bələdiyyəsi olaraq vətəndaşlara göstərilən xidmət səviyyəsini daim artırmağa, bələdiyyənin kollektivi bütün qüvvəsini səfərbər etməklə  vətəndaş məmnunluğunu təmin edilməsinə çalışır.

Odur ki, ilk növbədə, bələdiyyə olaraq  vətəndaşların müraciətlərinə diqqətlə yanaşmalı, onların problem və təkliflərini dinləməli, müraciətlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə baxmalısı daim diqqətdə saxlanılmalıdır. Vətəndaşlar isə bələdiyyə ilə münasibətlərində qarşılıqlı hörmət nümayiş etdirməli, müraciətlərini aydın şəkildə ifadə etməli və ictimai məsələlərin həllində fəal iştirak etməlidirlər. Belə olan halda bələdiyyə-vətəndaş münasibətlərində hər hansı problem yaşanmayacaqdır.

Biz də bələdiyyə olaraq qəsəbə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəmizi verməyə daim çalışırıq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər