Qobustan qəsəbəsində “Zəfər günü” qeyd edilib
Qobustan qəsəbəsində yerləşən Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram konserti keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq
Əliyev, tanınmış ziyalılar, şəhid ailələri, müharibə əlilləri və veteranları,
respublikanın tanınmış müğənniləri, eləcə də ictimaiyyət nümayəndələri, eləcədə
Qobustan bələdiyyəsinin üzv və qulluqçuları da iştirak ediblər.
Bayram konsertində çıxış edən sənət adamları və tanınmış müğənnilər
vətənpərvərlik ruhunda mahnılar, milli musiqi nümunələri və bir-birindən
maraqlı ifalar təqdim ediblər. Səsləndirilən musiqi nömrələri iştirakçılara Zəfər
sevincini, milli qürur və həmrəylik duyğularını bir daha yaşadıb.
Konsert proqramı zamanı Vətənə məhəbbət, torpaq uğrunda
mübarizə, qəhrəmanlıq, xalqımızın birliyi və milli-mənəvi dəyərlər mövzusu
xüsusi yer tutub. Şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla yad edilib,
onların Vətən qarşısındakı misilsiz xidmətlərinin heç zaman unudulmayacağı
vurğulanıb.
Bayram konserti iştirakçılara xoş ovqat bəxş etməklə yanaşı, Zəfər tariximizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından da mühüm əhəmiyyət daşıyıb.
Rəylər
0 Rəy