Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-09-2026 , 22:20

83

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elşad Vəliyev: “Bu gün xalqın etimadı bizim üçün ən böyük məsuliyyətdir”

“Bizim əsas məqsədimiz insanlara xidmət etmək, sakinlərimizin yanında olmaq və onların problemlərinin həllinə bacardığımız qədər dəstək göstərməkdir”- bu fikirləri Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev deyib.

Xətai RİH-in həyata keçirdiyi layihələrə dəstək olaraq Xətai bələdiyyəsi öz töhfəsini daim verməkdədir. Bu günlərdə rayonun Kazımağa Kərimov küçəsində həm yaşllıq zolaqlarına xidmətin göstərilməsi həyata keçirilmiş, həm də ərazidə abadlıq işləri, bir çox yerlərə qazon örtüyünün salınması həyata keçirilmiş, bununla yanaşı ərazidə vətəndaşlara məxsus mənzillərin bir çoxunun dam örtüyündə cari təmir işləri aparılmışdır.

Sədr qeyd edib ki, bələdiyyə olaraq hər bir müraciətə, hər bir məsələyə diqqətlə yanaşırıq. Görülən hər iş ilk növbədə insanların rahatlığı və yaşadığımız ərazinin inkişafı üçündür.

Bu gün xalqın etimadı bizim üçün böyük məsuliyyətdir. Bu etimadı doğrultmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid atası ziyarət olunub

Bakı
02-09-2026
530