Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-10-2026 , 11:52

124

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Baş Prokurorluqda yerli idarəetmədə qanunçuluğun təmin edilməsinə dair tədbir keçirilib

2026-cı il oktyabrın 28-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə “Yerli idarəetmədə qanunçuluğun təmin edilməsi və hüquq pozuntularının qarşısının alınmasının aktual məsələləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli iştirakçıları salamlayaraq tədbirin məqsədi və proqramı barədə məlumat verib. O, yerli idarəetmə sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasının, vətəndaşların hüquq və qanuni mənafelərinin qorunmasının, hüquq pozuntularının vaxtında aşkar edilərək qarşısının alınmasının vacibliyini qeyd edib. Bu istiqamətdə aidiyyəti dövlət qurumları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin, mövcud problemlərin birgə müzakirəsinin və praktiki təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev salamlama nitqi ilə çıxış edərək yerli idarəetmədə qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və qanuni mənafelərinin qorunması, korrupsiya və digər hüquq pozuntularının qarşısının alınması, eləcə də aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin prokuroru Lətifə Şıxəliyeva şəhərsalma sahəsində qanunvericiliyin tələblərinə riayət olunması və aktual məsələlər, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Fərid Qarakişiyev antikorrupsiya davranış modelinin formalaşdırılması mövzularında çıxış ediblər.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin Analitik təhlil və metodoloji yardım şöbəsinin aparıcı məsləhətçisi Fəridə Hacıyeva bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət zamanı aşkar edilən xarakterik pozuntular və onların qarşısının alınmasına yönəlmiş tədbirlər, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Mikayıl Quliyev isə torpaq üzərində mülkiyyət hüququnun qorunması məsələlərindən bəhs ediblər.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Elşad Ağayev yetkinlik yaşına çatmayanlarla iş zamanı etik davranış meyarları, onların hüquqlarının müdafiəsi və aidiyyəti qurumlarla qarşılıqlı fəaliyyətin xüsusiyyətləri barədə məlumat verib.

Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru Mətanət Əsgərova isə yetkinlik yaşına çatmayanlarla iş zamanı etik davranış meyarları, insan alverinin qurbanı olan uşaqların müəyyən edilməsi, müdafiəsi və bu sahədə qurumlararası əməkdaşlığın əhəmiyyətinə toxunub.

Müzakirələrdə çıxış edən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev mövzunun bələdiyyələr üçün aktual olduğunu vurğulayıb. O, hüquq pozuntularının qarşısının alınmasında bu istiqamətdə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Tədbir zamanı müzakirə olunan mövzular üzrə qanunvericiliyin tətbiqi təcrübəsi, hüquq pozuntularının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər və aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın aktual məsələləri diqqətə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müzakirə olunan məsələlər ətrafında fikir və təcrübə mübadiləsi aparılıb.







Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026
641

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026
1247

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026
755