Elşad Vəliyev: “Bu gün xalqın etimadı bizim üçün ən böyük məsuliyyətdir”
“Bizim əsas məqsədimiz insanlara xidmət etmək, sakinlərimizin yanında olmaq və onların problemlərinin həllinə bacardığımız qədər dəstək göstərməkdir”- bu fikirləri Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev deyib.
Xətai RİH-in həyata keçirdiyi layihələrə dəstək olaraq Xətai bələdiyyəsi öz töhfəsini daim
verməkdədir. Bu günlərdə rayonun Kazımağa Kərimov küçəsində həm yaşllıq zolaqlarına
xidmətin göstərilməsi həyata keçirilmiş, həm də ərazidə abadlıq işləri, bir çox
yerlərə qazon örtüyünün salınması həyata keçirilmiş, bununla yanaşı ərazidə vətəndaşlara
məxsus mənzillərin bir çoxunun dam örtüyündə cari təmir işləri aparılmışdır.
Sədr qeyd
edib ki, bələdiyyə olaraq hər bir müraciətə, hər bir məsələyə diqqətlə
yanaşırıq. Görülən hər iş ilk növbədə insanların rahatlığı və
yaşadığımız ərazinin inkişafı üçündür.
Bu gün xalqın
etimadı bizim üçün böyük məsuliyyətdir. Bu etimadı doğrultmaq üçün əlimizdən gələni
etməyə davam edəcəyik.
Belediyye.info
Rəylər
0 Rəy