Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-11-2026 , 00:29

106

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bəylər Həsənov: "Binəqədi qəsəbə Bələdiyyəsinin növbəti il üçün büdcə layihəsi müzakirəyə çıxarılıb"

Binəqədi qəsəbə Bələdiyyəsinin növbəti il üçün büdcə layihəsi ilkin müzakirəyə təqdim olunub. Yeni büdcə layihəsinin hazırlanması zamanı əsas diqqət sosialyönümlü tədbirlərə, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin həllinə və bələdiyyənin maliyyə imkanlarından səmərəli istifadəyə yönəldilib.

Bu barədə Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Bəylər Həsənov məlumat verib.

Sədr bildirib ki, fəaliyyətimizin əsas istiqamətlərindən biri vətəndaş məmnunluğunun təmin olunması, sakinlərin müraciət və təkliflərinin daim diqqətdə saxlanılmasıdır. Çalışırıq ki, hər bir vətəndaşın müraciətinə fərdi yanaşılsın, qaldırılan məsələlər araşdırılsın və bələdiyyənin səlahiyyətləri çərçivəsində onların həlli üçün müvafiq addımlar atılsın. Hesab edirik ki, yerli özünüidarəetmənin səmərəliliyi, ilk növbədə, sakinlərlə qurulan sağlam ünsiyyətdən və onların ehtiyaclarına həssas münasibətdən asılıdır.

Cari ildə bələdiyyənin büdcə gəlirlərində müəyyən artım müşahidə olunsa da, bunu hələ qarşıya qoyduğumuz məqsədlər baxımından kifayət qədər ciddi nəticə hesab etmirik. Məhz buna görə də vergi xidmətinin qarşısında duran əsas vəzifələrdən biri gəlir mənbələrinin daha dolğun müəyyənləşdirilməsi, vergi-uçot sistemində mövcud boşluqların aradan qaldırılması, yerli vergi və ödənişlərin yığım səviyyəsinin yüksəldilməsidir. Bu istiqamətdə sistemli və ardıcıl iş aparılması bələdiyyənin maliyyə dayanıqlığının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Cari ilin mühüm nəticələrindən biri də bələdiyyə qulluqçularının daha səmərəli fəaliyyət göstərməsi üçün inzibati binada əsaslı təmir işlərinin həyata keçirilməsi və iş şəraitinin yaxşılaşdırılmasıdır. Bununla yanaşı, rəqəmsallaşma istiqamətində atılan addımları da fəaliyyətimizin vacib yeniliklərindən hesab edirik. Müasir idarəetmə mexanizmlərinin tətbiqi, sənədləşmə və uçot proseslərinin təkmilləşdirilməsi işin operativliyinə, şəffaflığına və keyfiyyətinə müsbət təsir göstərir.

Digər tərəfdən, kollektivdə formalaşan səmimi münasibət, qarşılıqlı etimad və sağlam işgüzar mühit ümumi fəaliyyətimizin nəticələrinə öz töhfəsini verir. Bizim üçün vacib olan yalnız gündəlik vəzifələri yerinə yetirmək deyil, həm də vahid komanda olaraq qarşıya qoyulan məqsədlərə doğru inamla irəliləməkdir. Düşünürəm ki, bu yanaşma bələdiyyənin qəsəbə sakinləri arasında mövqeyinin və ictimai nüfuzunun möhkəmlənməsinə də müsbət təsir göstərir.

Qarşıdakı dövrdə əsas diqqətimizi büdcə gəlirlərinin artırılmasına, sosialyönümlü layihələrin dəstəklənməsinə, vətəndaş müraciətlərinə operativ münasibətin təmin edilməsinə və idarəetmədə müasir yanaşmaların genişləndirilməsinə yönəldəcəyik. 

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər