Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
09-07-2024, 18:47

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
Müasir informasiya texnologiyalardan istifadə etməklə yerli büdcə vəsaitlərindən səmərəli istifadə olunması barədə

Müasir dövrdə idarəetmə təcrübəsində  dövlətin  inteqrasiya  edilmiş  kommunikasiyalar  sistemindən  istifadəsi  aktual  əhəmiyyət kəsb edir. 

Ölkəmizdə də idarəetmənin hərtərəfli təkmilləşdirilməsi prosesi kommunikasiya və informasiya texnologiyaları sektorunun sürətlə inkişaf etdirilməsini prioritet vəzifələrdən birinə çevirmişdir.

Ümumilikdə, idarəçilikdə demokratikliyin, şəffaflığın artırılması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi üçün istər dövlət orqanları, istərsə də yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Təqdirəlayiq haldır ki, ölkəmizdə müasir informasiya kommunikasiya texnologiyalarının imkanlarının dövlət idarəetmə sistemində tətbiqi ilə bağlı çoxsaylı işlər görülmüş, bu sahə üzrə normativ-hüquqi baza təkmilləşdirilərək ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılmış, informasiya cəmiyyətinin formalaşdırılması və inkişaf etdirilməsi, elektron hökumətin təşkili nəticəsində informasiya kommunikasiya texnologiyaları sahəsi ən dinamik inkişaf edən sahələrdən birinə çevrilmiş, bu istiqamətdə böyük uğurlar əldə edilmişdir.

Müasir innovasiyaların tətbiqi ilə bağlı yerli özünüidarəetmə sahəsində də bir sıra müsbət nəticələr əldə edilmişdir.

Məlum olduğu kimi, yerli vergi və ödənişlərin bələdiyyə büdcəsinə ödənilməsi məqsədilə yerli vergi obyektlərinin uçotu, onların qeydiyyata alınması, vergilərin düzgün hesablanması, bildirişlərin vaxtında və düzgün göndərilməsi, vergi borclarının yığılması istiqamətində qanunamüvafiq tədbirlərin görülməsi bələdiyyə fəaliyyətinin əsas istiqamətlərindəndir.

Bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi, yerli (bələdiyyə) vergi və ödənişlərin yığılması işinin səmərəli təşkili məqsədilə 2016-cı ilin əvvəlindən başlayaraq, yerli vergi və ödənişlərin toplanması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması üçün Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı hazırlanmışdır. Proqramın tətbiqi bələdiyyələrin vergi və maliyyə sahəsindəki fəaliyyətini xeyli dərəcədə təkmilləşdirilmiş, yerli vergi ödəyicilərinin elektron məlumat bazası əsasında dəqiq uçotunun aparılmasına şərait yaradılmışdır. Proqram, ümumilikdə bələdiyyələrin fəaliyyəti ilə bağlı lazım olan statistik məlumatları operativ əldə etmək, təhlillər və ümumiləşdirmələr aparmaq imkanı yaradır.

Yerli vergilər üzrə vergitutma obyektlərinin uçotunun dəqiqləşdirilməsi və uçotdan kənarda qalanların vergiyə cəlb edilməsi, vergilərin qanunauyğun hesablanaraq yığılması ilə bağlı həyata keçirilən davamlı tədbirlər nəticəsində son 3 ildə 900 minə yaxın vergitutma obyekti BAMS-a daxil edilmişdir.

Vergi qanunvericiliyinin tələblərinə görə yerli büdcənin vergi ödəyiciləri dövlət və bələdiyyə mülkiyyətindəki torpaq sahələrinin icarəçisi (istifadəçisi) olan fiziki şəxslərin vergiyə cəlb olunması vəziyyəti öyrənilərək bu sahədə işin səmərəliliyini artırmaq məqsədilə tövsiyə hazırlanaraq bütün bələdiyyələrə göndərilmişdir. Fiziki şəxslərin icarəsinə (istifadəsinə) ayrılan torpaq sahələrinin də vergitutma obyekti olması barədə qanunvericiliyin tələbləri ətraflı izah edilərək həmin torpaq sahələrinə görə verginin yerli büdcələrə ödənilməsinin təmin edilməsi üzrə qanunamüvafiq tədbirlərin görülməsi tövsiyə olunmuşdur.

Həmçinin icarədə (istifadədə) olan torpaq sahələri üzrə vergi uçotunun və vergilərin toplanmasının ayrıca statistikasının aparılması üçün BAMS-da yeni pəncərə açılmışdır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun dəstəyi ilə BAMS-ın yeni proqram təminatı yaradılmış, 2023-cü ilin noyabr ayında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron bazasına inteqrasiya edilmişdir.

Artıq hər bir bələdiyyənin BAMS-da öz inzibati ərazisində üzərində fiziki şəxslərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış daşınmaz əmlak, o cümlədən torpaq sahələrinin, başqa sözlə, yerli əmlak və torpaq vergisi obyektlərinin sayı, ümumi sahəsi barədə məlumatları görmək, həmçinin müvafiq ödəniş etməklə onlayn qaydada real vaxt rejimində həmin obyektlər barədə məlumatları əldə edərək vergi uçotuna götürmək imkanı yaradılmışdır.

BAMS-da uçota götürülmüş vergitutma obyektləri üzrə vergilərin, o cümlədən vergi borclarının, peniyaların məbləği proqram vasitəsilə avtomatik qaydada hesablanaraq vergi ödəyicisinə göndərilməli bildirişin mətni tərtib olunur.

Həmçinin bələdiyyələrin bir qismi tərəfindən bildirişlərin vergi ödəyicilərinə SMS mobil tətbiqi vasitəsilə göndərilməsi də təmin olunur.

Bildirilir ki, bundan əvvəl qanunvericiliyə əsasən daşınmaz əmlakın dövlət reyestri xidmətinə müvafiq sorğular verməklə, o cümlədən bələdiyyənin inzibati ərazində yerləşən vergi obyektlərinə yerində baxış keçirməklə vergi obyektləri qeydiyyata alınırdı. Bu da əlavə vaxt itkisinə, o cümlədən işçi qüvvəsinə ehtiyac yaradırdı ki, son nəticədə yerli büdcənin əlavə xərclərinə səbəb olurdu.

Göründüyü kimi, tətbiq edilmiş proqram təminatı artıq qeyd olunan problemləri aradan qaldırır.

Vergi ödəyiciləri üçün ödəniş etmək imkanları da sadələşdirilmiş, mümkün olan bütün vasitələrlə ödənişlə bağlı prosedurlar sakinlər üçün daha da əlçatan olmuşdur. Ölkə bələdiyyələrinin bir qismində ödənişlər bank və poçtlarla yanaşı, elektron informasiya sistemləri (onlayn) və elektron terminallar vasitəsi ilə ödənilməsi təmin edilmişdir.

Bələdiyyələr müasir informasiya texnologiyalarından istifadə etməklə öz vəzifə səlahiyyətlərini həyata keçirməklə yanaşı, kadr məsələlərini də düzgün tənzimləməklə yerli büdcə vəsaitlərini israf etməməlidirlər. Belə ki, bələdiyyələrə qarşılarında duran vəzifələrin həyata keçirilməsi məqsədi ilə bələdiyyə qulluqçularından ibarət aparat yaratmaq səlahiyyətinin verilməsində məqsəd əhalinin yerli əhəmiyyətli məsələlərinin həll olunması  üçün nəzərdə tutulmuşdur.

Təssüflər olsun ki, bələdiyyələr tərəfindən təqdim olunan yerli büdcə vəsaitlərinin icrası ilə barədə maliyyə hesabatlarına nəzər saldıqda, hələ də yerli büdcə vəsaitlərinin çox hissəsinin özünüidarəetmənin saxlanma xərclərinə sərf olunduğu müəyyən edilir. Bu hal özünüidarə institunun yaranma səbəblərinə, məqsəd və prinsiplərinə, eləcə də ictimai mənafeyə ziddir. Belə ki, yerli əhalinin bələdiyyələri seçməkdə məqsədi məhz özlərinin yerli əhəmiyyətli məsələlərinin bələdiyyələrə seçdikləri üzvlər vasitəsi ilə həll etməklə sosial-iqtisadi rifahlarına nail olmaqdır.

Büdcə gəlirlərini artırmaq və öz maliyyə vəziyyətini yaxşılaşdırmaqla yanaşı, eyni zamanda həmin vəsaitlərdən səmərəli, bələdiyyənin qarşısında duran vəzifələrin həllinə istifadə olunması, büdcə vəsaitlərinin xərclənməsində israfçılığa yol verilməməsi, qanunçuluğa və ciddi qənaət rejiminə riayət edilməsi də bələdiyyələrin əsas vəzifəsidir.

Göstərilənləri nəzərə alaraq bələdiyyələrin fəaliyyətinin yerli özünüidarəetmənin məqsədlərinə, prinsiplərinə və qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi tövsiyə olunur.

  Bələdiyyələrlə iş mərkəzi

 

 

 

 

 

 

 

 

 

 

 

Digər tövsiyələr