Eldar İsmayılov: “Bu günkü Sumqayıt bələdiyyəsi çox böyük nüfuz qazanmış bir təşkilat kimi formalaşıb”
" Cənab Zakir Fərəcovun zəhmətinin nəticəsində, çox böyük təşkilatçılıq bacarığı nəticəsində Sumqayıt son on ildə misli görünməmiş şəkildə inkişaf gedir. Şəhərdə böyük bir abadlıq-quruculuq işləri gedir, Sumqayıtın siması tamamilə dəyişir”- bu fikirləri Sumqayıt Şəhər Ağsaqqal Şurasının sədri Eldar İsmayılov YAP Sumqayıt şəhər təşkilatının inzibatı binasında keçirilən Sumqayıt Bələdiyyəsinin 2026-cı ilin birinci yarısında fəaliyyətinin əsas nəticələrinə dair hesabat yığıncağında deyib.
Şura sədrinin sözlərinə görə, biz 10 il bundan qabaq şəhərdə bələdiyyənin hansısa bir rolunu biz görmürdük. Hətta 5 il bundan qabaq o köməyi görmürdük. Amma son illər artıq bələdiyyənin fəaliyyəti, işgüzarlığı görünür, həm də biz özümüz o işlərdə həvəslə yaxəndan iştirak iştirak edirik. Və bu fəaliyyətin nəticəsidir ki, bu günkü Sumqayıt bələdiyyəsi çox böyük nüfuz qazanmış bir təşkilat kimi formalaşıb.
Əminəm ki, Sumqayıt bələdiyyəsi bundan sonra da öz fəaliyyətində daha böyqk uğurlar qazanacaq.
Belediyye.info
Rəylər
0 Rəy