Tədbir Sumqayıt Bələdiyyəsinin Gender Komissiyasının təşkilatçılığı ilə keçirilib
Sumqayıt Bələdiyyəsində Gender Komissiyasının təşkilatçılığı ilə “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Gender Komissiyasının üzvləri, Hacı Zeynalabdin Bələdiyyəsinin sədri, Corat Bələdiyyəsinin sədr müavini, bələdiyyənin məhəllə komitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Görüş zamanı məişət zorakılığının yalnız ailə daxilində baş verən hadisə deyil, bütövlükdə cəmiyyətə təsir edən ciddi sosial problem olduğu vurğulanıb. Zorakılığın qarşısının alınmasında maarifləndirmənin, vaxtında müdaxilənin, zərərçəkmiş şəxslərin hüquqi və sosial dəstəyə çıxışının, eləcə də bu istiqamətdə qurumlararası əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı xüsusilə qeyd olunub ki, zorakılıq qarşısında susmamaqla yanaşı, zərərçəkmiş şəxsi eşitmək, düzgün istiqamətləndirmək və ona dəstək olmaq da son dərəcə vacibdir. Çünki məişət zorakılığına qarşı mübarizə yalnız aidiyyəti qurumların deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir.
Sumqayıt Bələdiyyəsinin Gender Komissiyası olaraq bu istiqamətdə maarifləndirmənin gücləndirilməsini, qadın və uşaqların hüquqlarının müdafiəsini, eləcə də yerli səviyyədə əməkdaşlığın genişləndirilməsini fəaliyyətimizin mühüm istiqamətlərindən biri hesab edirik.
Tədbirdə iştirak edərək müzakirələrə öz fikir və təcrübələri ilə töhfə verən hər kəsə təşəkkür edirik. İnanırıq ki, zorakılığa qarşı ən güclü mövqe susmamaq, biganə qalmamaq və ehtiyacı olan insanın yanında olmaqdır.
Rəylər
0 Rəy