Samir Babayev: “Əmlak vergisinin həcmini 128 faiz artırmışıq”
“Sumqayıt bələdiyyəsinin cari ilin səkkiz ayı ərzində 2024-cü illə müqayisədə büdcə gəlirlərində 31 faizlik artımın olmasında yerli vergi ödəyicilərinin və Şəhər İcra Hakimiyyətinin danılmaz dəstəyi var”- bu fikirlər adıçəkilən bələdiyyədən Belediyye.infonun sorğusuna cavab olaraq Sumqayıt Bələdiyyəsinin Vergi xidmətinin rəhbəri Samir Babayev deyib.
Samir
Babayev deyib ki, əldə olunan büdcə gəlirinin 27 faizi məhz əmlak vergisindən
daxil olub. 2024-cü illə müqayisədə səkkiz ay ərzində əmlak vergisinin həcmində
128 faizlik artımın olması atılan zəruri addımların nəticəsi kimi də hesab etmək
olar.
Bələdiyyə əmlakının
özgəninkiləşdirilməsindən daxil olan gəlirlərin həcmi 2024 cü illə müqayisədə 59 faiz, torpaq vergisinin həcmində isı 35 faiz
artım müşahidə olunub.
Səkkiz ay ərzində
mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərin həcmində
2024- cü illə müqayisədə 8 faizlik atım
müşahidə olunub.
Bələdiyyə ərazisində
hüquqi və fiziki şəxslərlə məxsus olan ixtisaslaşdırılmış avtomobil
dayanacaqlarından və müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin
daimi və ya müvəqqəti dayanacaqlardan daxil olan ödənişlərin və bələdiyyə mülkiyyətinin icarəsindən daxil olan
ödənişlərin həcmində müəyyən azalmalar olub.
Vergi xidmətinin
rəhbəri daha sonra qeyd edib ki, bələdiyyənin digər istiqamətlərindən daxil
olan ödənişlərin həcmində də artım olub.
Belə ki, 2024-cü ildə bu rəqəm 7.551 manat olduğu halda cari ilin səkkiz ayı ərzində
19.755 manat olub ki, bu da 161 faizlik artım deməkdir.
Samir
Babayev deyib ki, əldə edilən hər bir manat nəticə etibari ilə şəhərdə vətəndaş
məmnunluğunun təmin edilməsinə yönəldilir.
Belediyye.info
Rəylər
0 Rəy