Tədbir Sumqayıt Bələdiyyəsinin binasında təşkil olunub
Sumqayıtda iş axtaran vətəndaşlar üçün yeni məşğulluq imkanları yaradılıb.
Belediyye.info Denmedia.aza istinadən
xəbər verir ki, Azərbaycan Dəmir Yollarının Mühafizə Departamentinin Sumqayıt
Mühafizə Bölməsi tərəfindən vakansiyalarla bağlı Açıq Qapı Günü keçirilib.
Tədbir Sumqayıt Bələdiyyəsinin
binasında təşkil olunub . Sumqayıt Bələdiyyəsinin və Məşğulluq idarəsinin əməkdaçlarının
da iştirak etdiyi Açıq Qapı Günündə vətəndaşlara Azərbaycan Dəmir Yollarının
Mühafizə Departamentində mövcud olan vakansiyalar barədə məlumat verilib, işə qəbul
üçün müraciət imkanları yaradılıb.
Açıq Qapı Günü çərçivəsində atıcı və
səyyar atıcı (H.Z. Tağıyev) vəzifələri üzrə müraciətlər qəbul edilib. İşlə
maraqlanan vətəndaşlar tələb olunan sənədləri təqdim edərək qeydiyyata
alınıblar.
Müraciət edən şəxslərin sənədləri qəbul
olunub və onların işlə bağlı məlumatları qeydiyyata götürülüb. Belə tədbirlərin
keçirilməsi iş axtaran vətəndaşların birbaşa aidiyyəti qurumlara müraciət etməsinə
və mövcud vakansiyalar barədə ətraflı məlumat əldə etməsinə şərait yaradır.
Qeyd edək ki, son illər Sumqayıt şəhərinin
siması sürətlə dəyişir. Şəhərdə həyata keçirilən abadlıq və quruculuq işləri,
yenilənən infrastruktur layihələri və müxtəlif sahələrdə yaradılan imkanlar
Sumqayıtın müasir, dinamik və rahat yaşayış məkanına çevrilməsinə mühüm töhfə
verir.
Şəhərin inkişafı ilə yanaşı, əhalinin
məşğulluğunun təmin edilməsi və yeni iş imkanlarının yaradılması da diqqət mərkəzində
saxlanılır.
Sumqayıt Şəhər İcra Hakimiyyəti və
Sumqayıt Bələdiyyəsi tərəfindən əhalinin rifahının yüksəldilməsi, sosial şəraitinin
yaxşılaşdırılması və məşğulluq imkanlarının artırılması istiqamətində həyata
keçirilən tədbirlər şəhərin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.
Bu baxımdan, müxtəlif dövlət və özəl
qurumların Sumqayıtda vakansiyalarla bağlı təqdimat və Açıq Qapı Günləri keçirməsi
həm işəgötürənlərlə işaxtaranlar arasında əlaqələrin gücləndirilməsi, həm də şəhər
sakinlərinin yeni əmək imkanlarından yararlanması baxımından əhəmiyyətlidir.
Sumqayıtda aparılan abadlıq və quruculuq işləri ilə paralel olaraq, insanların rifahının yüksəldilməsi, məşğulluğunun artırılması və yeni iş yerlərinin yaradılması şəhərin inkişafının əsas istiqamətlərindən biri olaraq qalır.
Rəylər
0 Rəy