Hacı Zeynalabdin qəsəbəsində gender bərabərliyi və erkən nikahların qarşısının alınması mövzusunda maarifləndirici tədbir keçirilib
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Hacı Zeynalabdin Qəsəbə bələdiyyəsinin birgə təşkilatçılığı ilə 6 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Milli Məclisin deputatı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatı Elnarə Akimova, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova, Sumqayıt şəhər icra hakimiyyəti başçısının Hacı Zeynalabdin qəsəbə icra nümayəndəsi Lalə Hacıyeva, Sumqayıt şəhər bələdiyyəsinin sədrinin birinci müavini Nərmin Mehdiyeva, Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Əsli Qasımova, Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmayılov, Hacı Zeynalabdin Qəsəbə Ağsaqqallar şurasının sədri Arif Qafarov, Sumqayıt şəhəri Corat qəsəbə bələdiyyəsinin sədr müavini Nuradə Kərimova, idarə, təşkilatların nümayəndələri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Hacıyeva açaraq tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, erkən nikah halları yalnız bir ailənin problemi deyil, bütövlükdə cəmiyyətin gələcəyinə təsir edən sosial məsələdir. Bu səbəbdən erkən nikahların qarşısının alınması istiqamətində ailə, məktəb, ictimaiyyət və aidiyyəti qurumların birgə fəaliyyət göstərməsi vacibdir.
Hacı Zeynalabdin qəsəbə
bələdiyyəsinin sədri Əsli Qasımova çıxışında gender bərabərliyi və erkən
nikahların qarşısının alınması ilə bağlı bu cür tədbirlərin davamlı keçirilməsinin
əhəmiyyətini bildirib.
Milli Məclisin komitə
sədri, millət vəkili Hicran Hüseynova çıxışında gender bərabərliyinin təmin
olunması, qadın və qızların hüquqlarının müdafiəsi, erkən nikahların qarşısının
alınması istiqamətində görülən işlərdən danışıb.
Millət vəkili Elnarə Akimova bildirib ki, gənclərin hüquqi
biliklərinin artırılması və onların gələcək həyat seçimləri ilə bağlı düzgün məlumatlandırılması
mühüm əhəmiyyət daşıyır.
Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının
müavini Ülviyyə Müzəffərova çıxış edib. O, gender bərabərliyi və erkən
nikahların qarşısının alınması məsələlərinin biri-biri ilə sıx bağlı olduğunu
qeyd edərək, bu sahədə cəmiyyətin bütün təbəqələrinin üzərinə mühüm vəzifələr
düşdüyünü bildirib. Ülviyyə Müzəffərova qeyd edib ki, qadınlar və kişilər üçün
bərabər imkanların yaradılması yalnız hüquqi məsələ deyil, həm də sosial
inkişafın mühüm şərtlərindən biridir. O, diqqətə çatdırıb ki, bu halların qarşısının
alınması üçün yalnız inzibati tədbirlərlə kifayətlənmək olmaz. Əsas istiqamətlərdən
biri maarifləndirmə, ailələrlə işin gücləndirilməsi, məktəblərdə şagirdlərin
hüquqi və sosial məsələlər barədə məlumatlandırılmasıdır.
Sumqayıt Şəhər
Ağsaqqallar Şurasının sədri Eldar İsmayılov ağsaqqalların cəmiyyətdə maarifləndirici
və tərbiyəvi roluna diqqət çəkərək ailələrə bu məsələlərdə dəstək göstərilməsinin
önəmini qeyd edib.
Hacı Zeynalabdin Qəsəbə
Ağsaqqallar Şurasının sədri Arif Qafarov erkən nikahların qarşısının
alınmasında valideynlərin, ağsaqqalların və ictimaiyyətin birgə fəaliyyətinin
vacibliyini vurğulayıb.
Tədbirdə gender bərabərliyi,
qadın və uşaqların hüquqlarının müdafiəsi, yeniyetmələrin təhsildən
yayınmasının qarşısının alınması, erkən nikahların yaratdığı sosial problemlər
və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsi ilə bağlı fikir
mübadiləsi aparılıb.
Tədbirin keçirilməsində göstərdiyi təşkilati və texniki dəstəyə
görə 6 saylı tam orta məktəbin direktoru Qönçə Səftərovaya təşəkkür bildirilib.
Sonda tədbir iştirakçılarının sualları Hacı Zeynalabdin qəsəbə bələdiyyəsinin sədri Əsli Qasımova tərəfindən cavablandırılıb və mövzu ətrafında müzakirələr keçirilib.
Rəylər
0 Rəy