Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-11-2026 , 13:19

141

Son xəbərlər

Bütün xəbərlər

Ədliyyə nazirliyində videoqəbul keçirilib

Gündəlik Xəbərlər
26-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Allahverdi Həsənli: “Normativ-hüquqi aktın təsdiqlənməsi gələcəkdə bələdiyyə büdcəsinə əlavə vəsaitlərin daxil olmasına şərait yaradacaq”

Əhmədli bələdiyyəsinin büdcə gəlirlərində cari ilin ilk on ayı ərzində 18 faiz artım qeydə alınıb. Artım həm sentyabr, həm də oktyabr aylarında da müşahidə olunub.

Bu barədə Belediyye.infoya məlumatı bələdiyyə sədri Allahverdi Həsənli deyib.

Sədrin sözlərinə görə, ötən ilin ilk doqquz ayında bələdiyyənin gəlirləri 131 min 908 manat təşkil etdiyi halda, cari ilin eyni dövründə bu göstərici 156 min 431 manata yüksəlib. Beləliklə, doqquz ay ərzində gəlirlərdə 24 min 523 manat artım əldə olunub.

Oktyabr ayında da müsbət dinamika davam edib. Belə ki, ötən ilin müvafiq dövründə 143 min 608 manat təşkil edən gəlirlər cari ildə 169 min 823 manata çatıb. Bu isə 26 min 215 manatlıq artım deməkdir.

Allahverdi Həsənli bildirib ki, bələdiyyə büdcəsinin gəlirlərinin artırılması, maliyyə imkanlarının genişləndirilməsi və yerli özünüidarəetmə orqanının fəaliyyətinin daha səmərəli təşkili istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Bu məqsədlə bələdiyyə iclasının qərarı əsasında ərazidə fəaliyyət göstərən otel və dayanacaqlardan maliyyə vəsaitlərinin cəlb edilməsi ilə bağlı normativ-hüquqi akt hazırlanıb. Müvafiq sənəd Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinə təqdim edilib və hüquqi sənəd kimi təsdiqini tapıb.

Bələdiyyə sədri qeyd edib ki, sözügedən normativ-hüquqi aktların təsdiqlənməsi gələcəkdə ərazidə fəaliyyət göstərən otel və dayanacaqlardan qanunvericiliyə uyğun olaraq bələdiyyə büdcəsinə əlavə vəsaitlərin daxil olmasına şərait yaradacaq.

Onun sözlərinə görə, bu istiqamətdə görülən işlər bələdiyyənin maliyyə dayanıqlığının möhkəmləndirilməsinə, büdcə gəlirlərinin artırılmasına və yerli əhəmiyyətli layihələrin həyata keçirilməsi imkanlarının genişləndirilməsinə xidmət edir.

Allahverdi Həsənli gələcək dövrdə də büdcə gəlirlərinin artırılması, mövcud maliyyə mənbələrindən səmərəli istifadə olunması və yeni gəlir imkanlarının yaradılması istiqamətində tədbirlərin davam etdiriləcəyini vurğulayıb.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər