2026-cı ilin yanvar-sentyabr aylarında Şuşa rayonu üzrə kənd təsərrüfatı işlərinin gedişi haqqında
Şuşa rayonu üzrə 2026-cı ilin məhsulu üçün 2025,4
hektar əkin sahəsi vardır. Bunun 1816,0 hektarı payızlıq, 115,4 hektarı yazlıq
və 94,0 hektarı isə keçən illərdən
qalmış yonca sahəsidir. Bundan başqa rayonumuzda 11,5 hektar bağ sahəsi vardır.
2026-cı ildə 1709,3 hektar sahədə dənli və dənli
paxlalı bitkilər əkilmişdir ki, bu da keçən ilə nisbətən 145,4 hektar və ya 9,3
faiz çoxdur.
2026-cı ildə 80,2 hektar sahədə kartof, tərəvəz və
bostan bitkisi əkilmişdir ki, bu da keçən ilə nisbətən 2,7 hektar və ya 3,5
faiz çoxdur.
2026-cı ildə 106,7 hektar yaşıl yem, yəni xəsil əkilmişdir
ki, bu da keçən ilə nisbətən 11,0 hektar
və ya 9,3 faiz azdır.
2026-cı ildə keçən illərdən qalma 94,0 hektar və
35,2 hektar yeni əkilmiş yonca sahəsi olmaqla cəmi 129,2 hektar yonca sahəsi
vardır.
2026-cı ildə 129,2 hektar yonca sahəsi vardır ki,
bu da keçən ilə nisbətən 23,5 hektar və ya 22,2 faiz coxdur.
01 oktyabr 2026-cı il tarixinə bütün əkin sahələrində
məhsul yığımı başa çatmışdır.
2026-cı il oktyabr ayının 01-i tarixinə 592,0
hektar buğda sahəsindən 1822,8 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilin
eyni dövrünə nisbətən 564,2 ton və ya 23,6 faiz az olmuşdur. Keçən il məhsuldarlıq
25,8 sentner/ha olduğu halda, bu il 30,8 sentner/ha olmuşdur.
2026-cı il oktyabr ayının 01-i tarixinə 1117,3
hektar arpa sahəsindən 2777,5 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilin
eyni dövrünə nisbətən 1280,9 ton və ya 85,6
faiz çox olmuşdur. Keçən il məhsuldarlıq 23,4 sentner/ha olduğu halda,
bu il 24,9 sentner/ha olmuşdur.
2026-cı il oktyabr ayının 01-i tarixinə 2,0 hektar
kartof sahəsindən 53,8 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilin eyni
dövrünə nisbətən 20,8 ton və ya 60,6 faiz çoxdur. Məhsuldarlıq keçən il 165,0
sentner/ha olduğu halda, bu il 168,1 sentner/ha olmuşdur.
2026-cı il oktyabr ayının 01-i tarixinə 15,0 hektar
tərəvəz sahəsindən 369,5 ton məhsul əldə
edilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 301,9 ton və ya 45,0 faiz
az olmuşdur. Keçən il məhsuldarlıq 209,8 sentner/ha olduğu halda, bu il 266,5
sentner/ha olmuşdur.
2026-cı il oktyabr ayının 01-i tarixinə 62,0 hektar
ərzaq üçün bostan bitkiləri sahəsindən 1338,8 ton məhsul əldə edilmişdir ki, bu
da keçən ilin eyni dövrünə nisbətən 452,5 ton və ya 51,1 faiz çox olmuşdur. Keçən
il məhsuldarlıq 203,7 sentner/ha olduğu halda, bu il 215,9 sentner/ha
olmuşdur.2026-cı il oktyabr ayının 01-i tarixinə 129,2 hektar yem bitkiləri
(yonca) sahəsindən 659,3 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilin eyni
dövrünə nisbətən 194.3 ton və ya 41,8 faiz çox olmuşdur. Keçən il məhsuldarlıq
44,0 sentner/ha olduğu halda, bu il 51,0 sentner/ha olmuşdur.
2026-cı il oktyabr ayının 01-i tarixinə 11,5 hektar
meyvə bağı sahəsi vardır ki, 01 oktyabr 2026-cı il vəziyyətinə məhsul yığımı
aparılmamışdır.2026-cı il oktyabr ayının 01-i tarixinə heyvandarlıq sahəsində
rayon üzrə bütün təsərrüfat
kateqoriyalarında 4768 baş iribuynuzlu
mal-qara, o cümlədən 2278 baş inək və
camış, 27618 baş qoyun və keçi mövcud olmuşdur.
01 oktyabr 2026-cı il tarixinə ötən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 369 baş və ya 8,4 faiz, o cümlədən inək və
camışların sayı 138 baş və ya 6,5 faiz, qoyun və keçilərin sayı isə 5531 baş və
ya 25,0 faiz çox olmuşdur.
2026-cı il oktyabr ayının 01-i tarixinə ət
istehsalı 2840,0 sentner (diri çəkidə), süd istehsalı 16840,0 sentner, yumurta
istehsalı 795,0 min ədəd, yun istehsalı isə 390,0 sentner olmuşdur. Keçən ilin
müvafiq dövrünə nisbətən ət istehsalı 6197,0 sentner və ya 68,6 faiz azalmış,
süd istehsalı 710,0 sentner və ya 4,4
faiz, yumurta istehsalı 5,0 min ədəd və ya 0,6 faiz, yun istehsalı isə 40,0
sentner və ya 11,4 faiz artmışdır.2026-cı ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı,
meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə məhsul buraxılışının həcmi 7177,8
min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,5 faiz az
olmuşdur. Sahə üzrə məhsul buraxılışının 3047,2 min manatını bitkiçilik, 4130,6
min manatını heyvandarlıq məhsulları təşkil etmişdir.
Asəf Mikayılov
Şuşa Rayon Statistika İdarəsinin rəis müavini
Rəylər
0 Rəy