Xanım bələdiyyə qulluqçuları “Fəxri Fərmanla ” təltif ediliblər
Xəzər rayonu, Türkan və Zirə bələdiyyələrinin inzibati binasında sədrlərin, üzv və qulluqçuların, həmçinin Belediyye.info MMC-nin təsisçisi Vüqar Tofiqlinin iştirakıyla keçirilən görüşdə bələdiyyələrin fəaliyyətinin təbliği məsələləri, Belediyye.info ilə əməkdaşlıq əlarələrinin inkişafı müzakirə edilib.
Keçirilən
görüşlərdə həmçinin Türkan bələdiyyəsinin
operatoru Gültəkin Şahbazova və Zirə bələdiyyəsinin
vergi xidmətinin rəhbəri Nuranə
Hüseynova uzun illər təmsil olunduqları bələdiyyənin maliyyə imkanlarının artmasında səmərəli fəaliyyətinə
və Belediyye.info ilə əməkdaşlıq əlaqələrinin qurulmasındakı roluna gorə "Belediyye.info" MMC-nin “Fəxri Fərmanı" ilə təltif ediliblər.
Görüşlərdə Türkan bələdiyyəsinin sədri Tehran Rəhmanov və Zirə bələdiyyəsinin sədri Anar
Hüseynli bələdiyyənin həyata keçirdiyi
layihələrdən, habelə bələdiyyə-icra münasibətlərinin artan xətt üzrə
inkişafından danışaraq Belediyye.info
internet resursunun fəaliyyətinə yüksək qiymət veriblər.
Xanım
bələdiyyə qulluqçuları Gültəkin Şahbazova və Nuranə Hüseynova bu təltifi təmsil
olunduqları bələdiyyənin ümumi fəaliyyətinə
verilən qiymət kimi qəbul etdiklərini bildiriblər.
Qeyd edək ki, "Belediyye.info" MMC dördüncü ildir ki may ayında bələdiyyə qulluçularının fəaliyyətlərini təhlil edərək, fərqlənənləri təltif edir. İlk olaraq bu mükafata Buzovna bələdiyyəsinin hüquqşünası Vüsal Poladov, Şuvəlan bələdiyyəsinin vergi xidmətinin rəhbəri Rizvan Rəhimov və Bilgəh bələdiyyəsinin baş mühasibi Mətanət Mövsümova təltif ediliblər.
Əlavə edək ki, Belediyye.info internet resursu 2015-ci ilin may ayının 25-dən fəaliyyətə başlayıb.
Belediyye.info
Türkan bələdiyyəsində keçirilən təqdimatdan
Zirə bələdiyyəsində keçirilən təqdimatdan:
Rəylər
0 Rəy