Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-05-2026 , 11:18

188

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Xanım bələdiyyə qulluqçuları  “Fəxri Fərmanla ” təltif ediliblər

Xəzər rayonu, Türkan  və Zirə bələdiyyələrinin inzibati binasında  sədrlərin,  üzv və qulluqçuların, həmçinin  Belediyye.info MMC-nin təsisçisi Vüqar Tofiqlinin iştirakıyla keçirilən görüşdə  bələdiyyələrin fəaliyyətinin təbliği məsələləri, Belediyye.info ilə əməkdaşlıq əlarələrinin inkişafı  müzakirə edilib.

Keçirilən görüşlərdə  həmçinin Türkan bələdiyyəsinin operatoru Gültəkin Şahbazova  və Zirə bələdiyyəsinin vergi xidmətinin rəhbəri  Nuranə Hüseynova uzun illər təmsil olunduqları bələdiyyənin maliyyə  imkanlarının artmasında səmərəli fəaliyyətinə və Belediyye.info ilə əməkdaşlıq əlaqələrinin qurulmasındakı roluna gorə "Belediyye.info" MMC-nin “Fəxri Fərmanı" ilə təltif ediliblər.

Görüşlərdə Türkan bələdiyyəsinin sədri Tehran Rəhmanov və Zirə bələdiyyəsinin sədri Anar Hüseynli  bələdiyyənin həyata keçirdiyi layihələrdən, habelə bələdiyyə-icra münasibətlərinin artan xətt üzrə inkişafından danışaraq  Belediyye.info internet resursunun fəaliyyətinə yüksək qiymət veriblər.

Xanım bələdiyyə qulluqçuları Gültəkin Şahbazova və Nuranə Hüseynova bu təltifi təmsil olunduqları  bələdiyyənin ümumi fəaliyyətinə verilən qiymət kimi qəbul etdiklərini bildiriblər.

Qeyd edək ki, "Belediyye.info" MMC dördüncü ildir ki may ayında bələdiyyə qulluçularının fəaliyyətlərini təhlil edərək, fərqlənənləri  təltif edir. İlk olaraq bu mükafata Buzovna bələdiyyəsinin hüquqşünası  Vüsal Poladov, Şuvəlan bələdiyyəsinin vergi xidmətinin rəhbəri Rizvan Rəhimov  və Bilgəh bələdiyyəsinin baş mühasibi Mətanət  Mövsümova  təltif ediliblər.

Əlavə edək ki, Belediyye.info internet resursu 2015-ci ilin may ayının 25-dən fəaliyyətə başlayıb.

 Belediyye.info

Türkan bələdiyyəsində keçirilən təqdimatdan



Zirə bələdiyyəsində keçirilən təqdimatdan: 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər