Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-09-2025 , 21:06

1212

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

"Xəzərin mirvarisi – Buzovna qayalığı" layihəsinə start verilib


31 avqust 2025-ci il tarixində "Xəzərin mirvarisi – Buzovna qayalığı" layihəsinə start verilib

Layihənin əsas məqsədi Buzovna qayalıqlarının hazırkı ekoloji problemlərini, habelə mədəni, estetik, tarixi əhəmiyyətini tanıtmaq, təbiət və insan arasındakı güclü bağları incəsənət vasitəsilə vurğulamaq və ictimai məsuliyyəti artırmaqdır.

Layihə üç mərhələdən ibarətdir:

– Plenerdə rəsm

– Konseptual yanaşma

– Hesabat sərgisi

İlk mərhələ – Plenerdə rəsm - 31 avqust tarixində Buzovna sahilində baş tutub. Təcrübəli və gənc rəssamlar burada işləyəcəkləri etüdlərlə  tarixi qayalıqların gözəlliyini əks etdirib, eləcə də, üzləşdiyi ekoloji problemləri nəzərə çatdırıblar.

Qeyd edək ki, layihə Xəzər rayonu, Buzovna bələdiyyəsinin də iştirakı ilə həyata keçirilir.





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
693