Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-02-2026 , 19:40

119

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Zülfüqar Yusifov: “İnteqrasiya prosesi bələdiyyənin  maliyyə  imkanlarının artırılmasına   öz töhfəsini verib”

 “Gədəbəy bələdiyyəsi hesabat  dövründə  il  ərzində bir çox iri həcmli layihələrin icrasını həyata keçirib. Bununla yanaşı Ədliyyə  Nazirliyi  Bələdiyyələrlə İş Baş  İdarəsi tərəfindən göndərilən metodik tövsiyyələr fəaliyyətimizi daha təkmil olmasına öz müsbət təsirini göstərib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Zülfüqar Yusifov deyib.  

“Bələdiyyə  fəaliyyətində  mühüm  yer  tutan  yerli  vergilərin  toplanmasına  köməklik  məqsədi  ilə  bələdiyyələrin  avtomatlaşdırılmış  məlumat  sistemi (BAMS)  bələdiyyələrin  səmərəli  işinin  təşkilində  proqramın  təminatı  təkmilləşdirilmiş və əsası  proqram Əmlak  Məsələləri  Dövlət  Xidmətinin elektron  bazasına  inteqrasiya olunmuşdur. Gədəbəy  bələdiyyəsi  BAMS-da  öz  inzibati  ərazisində  fiziki  şəxslərin  mülkiyyət  hüququnu  dövlət  qeydiyyatına  alınmış, Daşınmaz  Əmlak və  torpaq  sahələri  barədə  məlumatlarla  tanış  olduqdan  sonra  bələdiyyənin  məlumat  baza  sisteminə  işlənmişdir. Bu da  öz  növbəsində  bələdiyyənin  maliyyə  imkanlarının artırılmasına səbəb  olub”- bu fikirləri də Zülfüqar Yusifov deyib.  

Sədr bildirib ki, Gədəbəy  bələdiyyəsi 2025 - ci  ildə  SMS  və  VEB  proqramına  qoşulmuş  hər  bir  vətəndaşa  ayrı  ayrılıqda  SMS  göndərilmişdir.

2025 - ci  ilin illik  hesabat  dövrü  ərzində  Gədəbəy  bələdiyyəsinin  yerli  büdcənin  gəliri  52.136  manat   olmuşdur. Gədəbəy  bələdiyyəsinə  Yerli  büdcədən aşağıdakı  vergilər  daxil  olmuşdur: fiziki  şəxslərdən  torpaq  vergisi  8.669  manat,  əmlak  vergisi  20.293  manat,  mehmanxana  rüsumu 540 manat, torpağın  özgəninkiləşdirilməsindən 14.413  manat, bələdiyyə  mülkiyyətinin  icarəsindən  320  manat,  dövlət  tərəfindən  verilmiş  dotasiya  8000 manat daxil  olmuşdur.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər