Anar Adıgözəlov: “Bu gün bələdiyyənin vergi xidməti əminliklə hədəfə doğru irəliləməkdədir”
“Bu gün hər bir bələdiyyənin vergi xidmətinin büdcə gəlirlərini artırmağa söykənən strateji proqramı olmalıdır. Maştaga bələdiyyəsi də bu istiqamətdə ciddi addımlar atır. Bələdiyyənin vergi xidməti təsdiq edilmiş proqrama uyğun hərəkət edərək vergi yığımında cari ilin ilk iki ayında ciddi irəliləyişə nail olub”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.
Sədr qeyd edib ki, 2026-cı il üzrə bələdiyyənin büdcəsinin 745.000 manat proqnozlaşdırılsa
da, hədəfimiz 800 min manatlıq büdcə gəliri əldə etməkdir.
Qəsəbə ərazisində
mövcud olan əmlakın cəmi 20 faizinin çıxarışı olduğunu nəzərə alsaq, bələdiyyənin
vergi xidmətinin hansı bir məsuliyyətli yükü üzərinə götürdüyünün şahidi
olarıq. Bu gün bələdiyyənin
vergi xidməti əminliklə hədəfə doğru irəliləməkdədir.
Cari
ilin yanvar ayında 66 min manat, fevral ayında isə 65 min manat büdcə gəlirinin
əldə etməsi hədəfə çatacağımızdan xəbər verir. Büdcə gəlirinin artırılması nəticə
etibari ilə bələdiyyənin həyata keçirdiyi layihələrin icrasını sürətləndirilməsinə,
həm də qəsəbədə bələdiyyənin çəki və nüfuzunun artmasına geniş imkanlar yaradır.
Maliyyə
intizamının gücləndirilməsi, yerli gəlir mənbələrinin genişləndirilməsi və büdcə
daxilolmalarının artırılması istiqamətində müvafiq tədbirlər Maştağa bələdiyyəsi
tərəfindən davam etdirilməkdədir.
Belediyye.info
Rəylər
0 Rəy