Şabran bələdiyyəsində Xocalı faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Şabran bələdiyyəsində Azərbaycan tarixinin ən qanlı və faciəli səhifələrindən
biri olan Xocalı faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar anım tədbiri
keçirilmişdir.
Tədbirdə
bələdiyyə əməkdaşları, Ağalıq bələdiyyəsinin
nümayəndəsi Tacəddin Fərhadov, həmçinin Oktay Bəşirov adına 2 nömrəli ümumi
orta məktəbin şagird kollektivi iştirak etmişdir.
Əvvəlcə
Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda
canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilmişdir. Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində
dinc əhaliyə qarşı törədilmiş amansız qətliamdan, qadın, uşaq və qocaların
xüsusi qəddarlıqla qətlə yetirilməsindən bəhs olunmuş, bu faciənin insanlığa
qarşı törədilmiş ağır cinayət olduğu vurğulanmışdır.
Eyni
zamanda 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan
Ordusunun göstərdiyi qəhrəmanlıqdan, 44 günlük Vətən müharibəsində şəhidlik
zirvəsinə ucalan igid oğullarımızın şücaətindən danışılmışdır. Qeyd olunmuşdur
ki, şəhidlərimizin qanı yerdə qalmamış, onların qəhrəmanlığı nəticəsində
torpaqlarımız işğaldan azad edilmiş, tarixi ədalət bərpa olunmuşdur.
Tədbirdə
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
qətiyyətli siyasəti, güclü iradəsi və uğurlu rəhbərliyi sayəsində ölkəmizin ərazi
bütövlüyünün təmin olunduğu xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, dövlətimizin
başçısının rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan
beynəlxalq müstəvidə daha da güclənmiş, milli maraqlarımız qətiyyətlə qorunmuş
və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm
nailiyyətlər əldə olunmuşdur.
Sonda
qeyd edilmişdir ki, Şabran Şəhər Bələdiyyəsi olaraq şəhidlərimizin əziz xatirəsinin
daim uca tutulması, Xocalı həqiqətlərinin təbliği və gənc nəslin vətənpərvərlik
ruhunda formalaşdırılması istiqamətində fəaliyyət bundan sonra da ardıcıl şəkildə
davam etdiriləcəkdir. Şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və
qayğı hər zaman prioritet istiqamətlərdən biri olacaqdır.
Tədbirdə şagirdlərin maraqlı kompazisiya ilə iştirakını təmin edən Şabran şəhər Oktay Bəşirov adına 2 nömrəli ümumi orta məktəbin direktoru Təranə Allahyarovaya minnətdarlığımızı bildiririk.
Şabran bələdiyyəsi
Rəylər
0 Rəy