“Tarixdən silinməyən həqiqət - Xocalı soyqırımı” mövzusunda tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsi və Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Tarixdən silinməyən həqiqət - Xocalı soyqırımı” mövzusunda tədbir keçirilib. Tədbirdə Bələdiyyə sədri Anar İsmayılov, DQİDK-nin Mərkəzi Aran regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, bələdiyyə üzvləri və qulluqçuları, Mingəçevirdə məskunlaşmış Xocalı sakinləri, din xadimləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan bələdiyyə sədri Anar İsmayılov
Xocalı faciəsinin tariximizin ən ağır və
unudulmayan səhifəsi, illər ötsə də, ilk günkü qədər qəlbimizi yandıran faciə
olduğunu bildirib.
Tədbirdə çıxış edən DQİDK-nin Mərkəzi Aran regional bölməsinin
baş məsləhətçisi Əlisa Fərəcov, bələdiyyə sədrinin müavini Ədalət Quliyeva, bələdiyyənin
şöbə müdiri Zahid Qasımlı, Xocalı sakinləri Zahir Usubov, Şahmalı Quliyev və
Mahirə İsmayılova Xocalı faciəsinin amansızlığına, qəddarlığına, vəhşiliyinə
görə bəşər tarixinə və xalqımızın
yaddaşına qanlı iz saldığını, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa
qarşı yönəlmiş qətliam olduğu barədə tədbir
iştirakçılarına geniş məlumat veriblər. Natiqlər, həmçinin erməni təcavüzkarlarının
Xocalıda törətdiyi vəhşilikləri, dinc insanların qətlə yetirilməsini, bu
qanlı hadisəyə ilk hüquqi-siyasi qiymətin məhz Ümummilli Lider Heydər Əliyev
tərəfindən verildiyini vurğulayıb, Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin uzaqgörən siyasəti, Ordumuzun rəşadəti sayəsində torpaqlarımız
işğaldan azad olunub və həmin ərazilərimizə, o cümlədən Xocalıya həyat yenidən
qayıtdığını qeyd ediblər. Tədbirdə iştirak edən Xocalı sakinləri, o qanlı hadisələrin
canlı şahidləri faciə barədə öz ürəkağrıdıcı xatirələrini danışmışlar.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş kitab sərgisi nümayiş olunub.
Mingəçevir bələdiyyəsi
Rəylər
0 Rəy