Bəylər Həsənov: “Cari ildə hədəfimizə vergi xidmətinin əməkdaşlarının ciddi səyi ilə çalışacağıq”
“Binəqədi qəsəbə bələdiyyəsinin hazırda əsas məqsədi büdcə gəlirlərini artırmaqla vətəndaşların üzləşdiyi problemlərini həllinə çalışmaqdır ”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Bəylər Həsənov deyib.
Sədr
qeyd edib ki, bələdiyyənin vergi-uçot sisteminin təkmilləşdirilməsi, vergi
ödəyicilərinin siyahısının dəqiqləşdirilməsi səbəbindən bələdiyyənin büdcə gəlirində 41 fazilik artım müşahidə olunub.
Belə
ki, 244.493 manat əldə edilmişdirsə, 2025 -ci ildə bu rəqəm 356.292 manata çatıb. Cari ildə büdcə gəlirinin
həcminin 500 min manat olmasını hədəfləmişik.
Ötən ilin dekabrında təsdiq olunan bələdiyyənin büdcəsində də bu rəqəmin əldə
edilməsi üçün ciddi addımların atılması qərara alınıb.
Sədr
qeyd edib ki, ötən il vergi xidməti əvvəlki
illərdə yaradılmış DSMF- və digər borcların
bağlanılması üçün ciddi addımlar atılaraq borclar bağlanılmışdılr. 2026-ci ili bələdiyyə üçün daha uğurlu il olacağına inanıram.
Hazırda
bələdiyyənin vergi xidmətinin əsas diqqəti borclu vergi ödəyiciləri ilə maarifləndirici söhbətlərin
intensiv şəkildə aparılmasına, xüsusəndə
yenilənmiş BAMS-ın verdiyi imkandan lazımı şəkildə yararlanmağa yönəldib.
Belediyye.info
Rəylər
0 Rəy