"Xəzərin mirvarisi – Buzovna qayalığı" layihəsinə start verilib
31 avqust 2025-ci il tarixində "Xəzərin mirvarisi – Buzovna qayalığı" layihəsinə start verilib
Layihənin əsas məqsədi Buzovna qayalıqlarının hazırkı
ekoloji problemlərini, habelə mədəni, estetik, tarixi əhəmiyyətini tanıtmaq, təbiət
və insan arasındakı güclü bağları incəsənət vasitəsilə vurğulamaq və ictimai məsuliyyəti
artırmaqdır.
Layihə üç mərhələdən ibarətdir:
– Plenerdə rəsm
– Konseptual yanaşma
– Hesabat sərgisi
İlk mərhələ – Plenerdə rəsm - 31 avqust tarixində Buzovna
sahilində baş tutub.
Təcrübəli və gənc rəssamlar burada işləyəcəkləri etüdlərlə tarixi qayalıqların gözəlliyini əks etdirib, eləcə də, üzləşdiyi
ekoloji problemləri nəzərə çatdırıblar.
Qeyd edək ki, layihə Xəzər rayonu, Buzovna bələdiyyəsinin də iştirakı ilə həyata keçirilir.
Rəylər
0 Rəy