Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-02-2026 , 23:30

69

Son xəbərlər

Bütün xəbərlər
Bu gün onun günüdür
Bakı
23-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Sabunçu məktəblərində “Narkotikə yox deyirik” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub


 Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Polis İdarəsi və  Bakıxanov bələdiyyəsinin birgə təşkilatçılığı ilə qəsəbə ərazisində yerləşən ümumtəhsil məktəblərində “Narkotikə yox deyirik” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.

Tədbirlərin əsas məqsədi məktəbliləri narkotik vasitələrin zərərləri, onların yaratdığı hüquqi və sağlamlıq fəsadları barədə məlumatlandırmaq, gəncləri zərərli vərdişlərdən uzaq durmağa təşviq etmək olub.

Çıxış edənlər narkotik asılılığının cəmiyyət və ailə üçün yaratdığı təhlükələrdən bəhs edib, sağlam həyat tərzinin əhəmiyyətini vurğulayıblar.

Şagirdlərlə interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.Sonda şagirdlərə iştirakla bağlı sertifikatlar təqdim olunub.

Bakıxanov bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
158