Sədr müavininin yubileyi qeyd olunub
Nərimanov bələdiyyəsinin inzibati binasında Nərimanov bələdiyyəsinin sədr müavini Nizami Babaşovun 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
Görüşdə
Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxışında Nizami Babaşovun uzun illər ərzində bələdiyyə
işində göstərdiyi səmərəli və fədakar fəaliyyətini xüsusi vurğulayıb.
Tədbirdə çıxış edənlər Nizami Babaşovu bu əlamətdar yubiley münasibətilə ürəkdən təbrik edərək, ona can sağlığı, uzun və mənalı ömür arzulayıblar.
Qeyd edilib ki,
N.Babaşov bələdiyyə idarəçiliyində qazandığı zəngin təcrübə, prinsipial mövqeyi
və vətəndaşlara daim açıq münasibəti ilə seçilmiş, Nərimanov rayonunda yerli
özünüidarənin inkişafına, sosial məsələlərin həllinə və ictimai etimadın möhkəmlənməsinə
mühüm töhfələr vermişdir.
Vurğulanıb ki, Nizami Babaşov bundan sonra da bələdiyyə işində öz bilik və bacarığını əsirgəməyəcək, kollektivə dəstək olacaq və görülən işlərin keyfiyyətinin yüksəldilməsinə bundan sonra da töhfə verəcəkdir.
Sonda Nizami Babaşov bələdiyyə qarşısında göstərdiyi xidmətə və 70 illik yubileyi ilə əlaqədar bələdiyyənin "Fəxri Fərmanla" təltif edilib.
Belediyye.info
Rəylər
0 Rəy