Sakinlərlə səyyar görüş keçirilib
Bu gün Mollaoba kəndində sakinlərlə səyyar görüş keçirildi. Görüş Boradigah Bələdiyyəsi və Masallı Rayon İcra Hakimiyyətinin Boradigah inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutdu.
Görüş zamanı kənd sakinlərini narahat edən məsələlər
dinlənildi və müzakirə olundu. Xüsusilə Mollaoba kənd stadionu, eləcə də ərazidə
yerləşən və problem yaradan suötürücü kanallarla bağlı məsələlərə aydınlıq gətirildi.
Qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə
uyğun şəkildə və mərhələli qaydada həlli istiqamətində müvafiq tədbirlərin
görülməsi nəzərdə tutulur.
Sakinlərin müraciət və təkliflərinin dinlənilməsi,
yerində araşdırılması və həlli istiqamətində ardıcıl fəaliyyət davam etdiriləcəkdir.
Boradigah bələdiyyəsi
Rəylər
0 Rəy