Bu gün xalqımızın qədim ənənələrindən olan ilk çərşənbə – Su çərşənbəsi münasibətilə Samir Zülfüqarov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin 4 “B” sinif şagirdləri Şabran bələdiyyəsində qonaq oldular.
Balaca məktəblilər Su çərşənbəsinin mahiyyəti, xalqımızın zəngin adət-ənənələri barədə məlumat aldılar və bu əlamətdar günü bələdiyyə əməkdaşları ilə birlikdə qeyd etdilər. Səmimi və maarifləndirici görüş uşaqlarda milli-mənəvi dəyərlərimizə marağın daha da artırılmasına töhfə verdi.
Bu təşəbbüsün həyata keçirilməsində əməyi olan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nurana Balabəyovaya, 4 “B” sinfinin rəhbəri Xəyalə Əmirovaya, valideyn Məhəbbət Quliyevaya, eyni zamanda fəal şagirdlərə və onların valideynlərinə dərin təşəkkürümüzü bildiririk.
Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına göstərilən diqqət və qayğı yüksək qiymətləndirilir.
Rəylər
0 Rəy