Kamandar Zeynalov: “Büdcə gəlirlərini artırmaqla vətəndaş məmnunluğunun təmin edilməsinə çalışacağıq”
“Bu
gün kollektivin hər bir üzvü vətəndaş müraciətlərinə diqqətlə yanaşmaqla bərabər,
mövcud problemin aradan qaldırılmasına səy göstərir”- bu fikirləri
Belediyye.infoya Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin sədri Kamandar Zeynalov
deyib.
Sədrin
sözlərinə görə, vətəndaş müraciətlərinə həssaqlıqla yanaşılması bütün hallarda bələdiyyədən
maliyyə tələb edir. Odur ki, bələdiyyənin vergi xidməti büdcə gəlirlərini
artırmaqla vətəndaş müraciətlərinin həllini sürətləndirir.
Məhz
bu diqqətin nəticəsidir ki, bələdiyyənin büdcə gəlirləri il ərzində 28 faiz
artıb. Belə ki, 2024-cü ildə yerli vergilərin yığım həcmi 171.900 manat idisə ,
bu rəqəm ötən il 219.743 manat təşkil edib.
Sədr
qeyd edib ki, bu rəqəm kifayət qədər yüksək olsa da, bunu hələ də qənaətbəxş
hesab etmək olmaz. Cari ildə bu rəqəmin daha əlli faiz artıq olması üçün bələdiyyənin
vergi xidməti var gücü ilə çalışır. Bir tərəfdən BAMS-ın verdiyi imkanlar, digər
tərəfdən vergi ödəyiciləri ilə görüşlərin təşkili yerli vergilərin həcminin yüksək
olacağına inamı artırır.
Bilgəh
bələdiyyəsi olaraq əsas vəzifəmiz bu gün
xalqa xidmətdən keçir. Odur ki,
büdcə gəlirlərini artırmaqla vətəndaş məmnunluğunun təmin edilməsinə çalıçacağıq
Belediyye.info
Rəylər
0 Rəy