Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-02-2026 , 12:04

274

Son xəbərlər

Bütün xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Seymur Rəsulov: “Bu gün sakin bələdiyyənin inzibati binasına daxil olarkən hara gəldiyini elə girişdən hiss edir”

“Artıq son seçkidən sonra keçirilən ilk bələdiyyə iclasında formalaşan bələdiyyələrin fəaliyyətinin bir ili tamam olur. Bu bir il bizə nə qazandırdı? Əvvəl harada işləməyimizdən asılı olmayaraq, bu gün çalışdığımız bələdiyyə sahəsi hər birimizdən işə daha məsuliyyətlə yanaşmağı, seçicilərlə münasibətə daha həssas yanaşmağə tələb edir”- bu fikirləri Belediyye.infoya Suraxanı rayonu, Hövsan bələdiyyəsinin sədri Seymur Rəsulov deyib.

Sədr qeyd edib ki, ötən bir il ərzində bu günədək əldə etdiyim, qazandığım təcrübəni bələdiyyə gətirməklə fəaliyyətimin yeni bir dövrünə qədəm qoydum. Etimad göstərib bələdiyyə üzvü, ilk iclasda isə bələdiyyə sədri seçməklə üzərimə daha böyük məsuliyyət yükü qoyulub. Demək, bunu hiss etməli və fəaliyyətimlə bu etimadı doğrultmalıyam.

Bələdiyyə iclasından sonra kollektivlə  keçirilən ilk görüşdə bəyan etdim ki, kim bu günkü tələblərə cavab verərək bələdiyyə sisteminə layiqincə bundan sonra da xidmət edəcək, demək o bələdiyyə qulluqçusu ilə yollarımız ayrılmayacaq.

Xoş təsadüfdən bu gün hər bir bələdiyyə qulluqçusu öz fəaliyyəti ilə bələdiyyənin inkişafına töhfə verməklə ümumi məqsədimizə doğru addım atır.

Bu gün əldə etdiyimiz uğurlar məhz kollektivin birgə səyi ilə əldə olinub. Vəzifə bölgüsünün aparılması, kollektivdə üşguzar mühitin yaranması nəticə etibari ilə əldə olunan ugurlara bir növ öz təsiri göstərib.

Kollektivin birgə fəaliyyəti, vahid məqsəd uğrunda çalışmasının nəticəsidir büdcə gəlirlərini bir il ərzində iki dəfədən çox artıra bilmişik.

Başqa bir məqama toxunan sədr ötən ilin yanvar ilə cari ilin yanvar ayı ərzində müqayisəli təhlili diqqətə çatdırıb.

2025-ci ili yanvar ayında 14 min manata yaxın maliyyə vəsaiti əldə edilmişdirsə, cari ilin yanvar ayında bu rəqəm 46 min manatı keçib.  BAMS proqramının verdiyi bütün imkanlardan yararlanaraq büdcə gəlirlərini 2024-cü illə müqayisədə iki dəfəyədək artıra bilmişik. Belə ki, əgər bələdiyyənin büdcə gəlirləri 2024 -cü ildə 179.719 manat olmuşdursa, bu rəqəm 2025-ci ildə 343.709 manata bərabər olub. Biz bu rəqəmləri fəaliyyətə başladığımız aydan, yəni fevral ayından  götürsək artım daha çoxdur.

Bu gün bələdiyyənin vergi xidmətinin əsas məqsədi ilk növbədə vergi ödəyiciləri barədə məlumatları dəqiqləşdirməklə yeniləmək və əlavə vergi ödəyiciləri barəsində məlumatları sistemə yerləşdirməkdir.

Nəzərə alsaq ki, növbəti ildən vergi ödəyicilərinin kağız formasında bildirişlərin göndərilməsi dayandırılır demək indidən vergi xidməti bu prosesə hazır olmalıdır.

Bununla yanaşı sakinlərlə keçirdiyimiz hər bir görüşdə onların problemlərini dinləməklə yanaşı, onun həlli yollarını axtarır və bununla yanaşı sakinlərə vergilərini vaxtında ödəmələri də tövsiyə olunur. Hər bir vergi ödəyicisi hiss etməlidir ki, bu verginin ödənilməsi onun bilvasitə probleminin həlli deməkdir.

Bələdiyyə aid tariflərin bu günədək  dəyişdirilməməsi və ərazimizdəki təsərrüfatların 70 faizinədək hissəsinin   sənədsiz olması  bələdiyyənin büdcə gəlirlərinə də öz mənfi təsiri göstərmiş olur.

Bu gün sakin bələdiyyənin inzibati binasına daxil olarkən hara gəldiyini elə girişdən hiss edir. Hövsan bələdiyyəsinin əvvəl ki illərdə çalışmış sədrlərinin fəaliyyəti nəticəsində  bələdiyyənin həm ölkə bələdiyyələri sırasında ilk inzibati binaya sahib olması, həm də ərazidə çəki və nüfuz sahibi olması bu gün bizim fəaliyyətimizə ciddi şəkildə təsir edən amillərdəndir.

Artıq beşillik fəaliyyətimizin bir ili  tamam olur. Çox işlər görülüb. İstər vergi-uçot sisteminin təkmilləşdirilməsi istiqamətində, istərsə də bələdiyyə-vətəndaş münasibətlərinin tənzimlənməsi istiqamətində. Ancaq əsas fikrimiz cari ildə 550 minlik hədəfə doğru addım atmaqdır. Ancaq bununla dayanmaq fikrində deyilik. Bələdiyyə olaraq digər bir vəzifəmiz dayanıqlı maliyyə mənbəyinin yaradılmasıdır. Bunun üçün artıq müəyyən layihələrimiz də var. Mərhələli şəkildə addım atmaqla həm büdcə gəlrlərini artırmağı, həm də dayanıqlı maliyyə mənbəyini yaratmağı düşünürük. Təsis edəcəyimiz bələdiyyə müəssisəsi geniş profilli olmasını nəzərdə tutmuşuq.  

Sədr sonda bildirib ki, fəaliyyətimizdə daim Suraxanı RİH dəsətəyini hiss edirik. Əldə etdiyimiz uğurlarda sözsüz ki,  bələdiyyə - icra münasibətlərinin sivil münasibətlər üzərində qurulmasının da öz təsir olub. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər