Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-02-2026 , 23:16

62

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri:  “Cari ildə hədəfimiz  büdcə gəlirinin həcmini 200 min manata çatdırmaqdır”


“Hər bir bələdiyyənin  əsas vəzifələrindən biri də büdcə gəlirlərini artırmaq olmalıdır”- bu fikirləri Qaradağ rayonu, Sahil bələdiyyəsinin sədri Ramil Hüseynov deyib. Sədr daha sonra qeyd edib ki, bu gün bələdiyyənin vergi xidməti BAMS-proqramının verdiyi bütün  imkanlardan istifadə edərək 2024-cü illə müqayisədə  üzrə gəlirlərin həcmi 63 faiz artıb.

Maliyyə rəqəmlərə toxunan sədr bildirib ki, 2024-cü ildə bələdiyyə büdcəsinə  84.647 manat daxil olub ki, bununda 10.500 manatı fiziki şəxslərdən torpaq vergisindən, 63.347 manatı isə fiziki şəxslərdən əmlak vergisi təşkil edib.

Sədr bildirib ki, 2025-ci il üzrə gəlirlərin həcmi   ümumilikdə 138.220 manat məbləğində  olub.  Sədr qeyd edib ki, daxilolmalar aşağıdakı gəlir mənbələri üzrə formalaşıb:

Fiziki şəxslərdən torpaq vergisi-20.282 manat;

- Fiziki şəxslərdən əmlak vergisi-98.238 manat;

- icarə haqqı-2700 manat;

Beləliklə, ümumilikdə bir il ərzində ümumi artımın səviyyəsi 53.573 manat təşkil edib. Büdcə gəlirlərinin həcminin artmasında BAMS proqramının ƏMDX -nin məlumat sisteminə inteqrasiya olunmasının əhəmiyyətli rolu olub. Bir il ərzində 600 ədəd əmlak sistemindən əldə olunan çıxarış alınıb. Cari ildə də bu proses davam etdiriləcəkdir.

2025-ci il üzrə 43 vergi ödəyicisi barədə  İcra şöbəsinə müraicət olunub. 43 nəfər üzrə cəmi məbləğ 8.856 manat təşkil edib. İcra şöbəsinin köməkliyi vasitəsilə 7.983 manat büdcəyə daxil olub.

Sədr qeyd edib ki, cari ildə hədəfimiz  büdcə gəlirinin həcmini 200 min manata çatdırmaqdır. Odur ki, həm SMS xidmətindən və BAMS vasitəsi ilə çıxarışların alınması ilə hədəfə çatacağımıza inanıram.  

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər