Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-02-2026 , 20:16

104

Son xəbərlər

Bütün xəbərlər
Bu gün onun günüdür
Bakı
23-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Kamandar Zeynalov: “Xocalı soyqırımı bütövlükdə Azərbaycan xalqının taleyinə yönəlmiş cinayət idi”

Kamandar Zeynalov: “Xocalı soyqırımı bütövlükdə Azərbaycan xalqının taleyinə yönəlmiş cinayət idi”

“Fevral ayı gəldikdə hər birimiz Xocalı soyqırımını bir daha xatırlayırıq. Xocalı soyqırımı Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Lakin bu faciə həm də milli birliyin, siyasi iradənin və tarixi ədalətə inamın rəmzinə çevrilmişdir”, – bu fikirləri Belediyye.info-ya Xəzər rayonu Bilgəh bələdiyyəsinin sədri Kamandar Zeynalov bildirib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın təkcə bir şəhərə deyil, bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş cinayət idi.

Ümummilli Lider Heydər Əliyev Xocalı faciəsini “bütün bəşəriyyətə qarşı tarixi cinayət” kimi qiymətləndirərək bu hadisəyə hüquqi-siyasi qiymət verilməsinin vacibliyini xüsusi vurğulamışdır. Məhz Onun təşəbbüsü ilə faciəyə ilk dəfə rəsmi səviyyədə siyasi-hüquqi qiymət verilmiş və müvafiq sənədlər qəbul edilmişdir. Bu mövqe sonrakı illərdə dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Rəsmi statistikaya görə, faciə zamanı 613 nəfər qətlə yetirilmiş (63 uşaq, 106 qadın, 70 ahıl), 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdür. 150 nəfərin taleyi isə bu günədək məlum deyil. Bu rəqəmlər sadəcə statistika deyil – hər biri bir insan taleyini, yarımçıq qalmış bir həyat hekayəsini ifadə edir.

Sədr qeyd edib ki, 2020-ci ilin sentyabr–noyabr aylarında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi möhtəşəm Zəfər nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmuş, dövlətimizin ərazi bütövlüyü bərpa edilmişdir. Son iki əsrə yaxın dövrdə Azərbaycan xalqına saysız-hesabsız fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə vurulmuşdur. Xocalı soyqırımını və digər cinayətləri törədənlər layiqli cavablarını döyüş meydanında almışlar.

Bu gün Xocalıda həyat yenidən canlanır, dağıdılmış evlərin yerində yeni binalar ucalır, Azərbaycan bayrağı azad səmalarda dalğalanır. Xocalı artıq yalnız faciə simvolu deyil, həm də dirçəlişin, qələbənin və ədalətin təntənəsinin rəmzidir. Xocalı qurbanlarının xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
369