Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-02-2026 , 20:37

172

Son xəbərlər

Bütün xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Gender Komissiyasının fəaliyyəti: sağlam ailə, güclü cəmiyyət


Müasir dövrdə gender bərabərliyi və ailə institutunun qorunması cəmiyyətin dayanıqlı inkişafının əsas şərtlərindən biridir. Yerli özünüidarəetmə orqanı olaraq bələdiyyələrin bu istiqamətdə rolu xüsusilə əhəmiyyətlidir. Bələdiyyə nəzdində fəaliyyət göstərən Gender Komissiyası gender bərabərliyinin təşviqi, qadın və kişilərin hüquq və imkanlarının bərabər təmin olunması, ailə dəyərlərinin qorunması və sosial problemlərin qarşısının alınması istiqamətində sistemli və məqsədyönlü fəaliyyət göstərir.

Gender Komissiyasının sədri olaraq fəaliyyətimdə əsas məqsədim qadınların sosial fəallığının artırılması, ailə institutunun möhkəmləndirilməsi və gənc nəslin sağlam mühitdə formalaşmasına töhfə verməkdir. Hesab edirəm ki, hər bir dəyişiklik maarifləndirmədən başlayır. Biz yalnız problem yarandıqdan sonra deyil, problemin yaranma səbəblərini aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görməliyik.

Müxtəlif məktəblərdə, icma mərkəzlərində və ictimai məkanlarda təşkil olunan görüşlər, seminarlar və açıq müzakirələr vasitəsilə erkən nikahların fəsadları, ailədaxili zorakılığın hüquqi nəticələri, sağlam ailə modelinin formalaşdırılması kimi mövzular ictimaiyyətə çatdırılır.Xüsusilə erkən nikahların qarşısının alınması istiqamətində -çünki erkən nikah yalnız fərdi deyil, bütövlükdə cəmiyyətin inkişafına mənfi təsir göstərən sosial problemdir.

Gender Komissiyası olaraq eyni zamanda narkomaniya və digər zərərli vərdişlərlə mübarizə istiqamətində də profilaktik tədbirlər həyata keçiririk. Gənclərlə aparılan maarifləndirici görüşlərdə sağlam həyat tərzinin təşviqi, düzgün dost və mühit seçiminin əhəmiyyəti, asılılıqların ailə və cəmiyyət üçün yaratdığı təhlükələr geniş şəkildə izah olunur. Məqsədimiz risk faktorlarını minimuma endirmək və gəncləri sağlam, məqsədli və vətənpərvər ruhda yetişdirməkdir.

Xüsusilə qızlarımızın təhsil almasının vacibliyi Komissiyanın prioritet istiqamətlərindəndir. Təhsil alan qız sabahın savadlı anası, güclü qadını və cəmiyyətin fəal üzvüdür. Qızların ali və peşə təhsilinə cəlb olunması, onların iqtisadi müstəqilliyinin təmin edilməsi erkən nikahların azalmasına və ailə daxilində sağlam münasibətlərin qurulmasına birbaşa təsir göstərir. Bu baxımdan ailələrlə aparılan fərdi söhbətlər, məktəblərlə əməkdaşlıq və ictimai çağırışlar mühüm rol oynayır.

Zirə Bələdiyyəsi Gender Komissiyası olaraq yeni layihə başladırıq-SUSMA!

Sakinlərimizin Gender bərabərliyi və bərabər imkanlar naminə susmayıb səsini ucaltması,haqsızlığa biganə yanaşmaması bizim üçün çox önəmlidir.Layihəmizin əsas məqsədi insanları düzgün istiqamətləndirməyə, şikayət və təkliflərini paylaşıb və hüquqlarını qorumağa dəstək olaraq sağlam cəmiyyət naminə birgə mübarizə aparmaqdır. Sakinlərin anonim müraciətlərini də nəzərə alaraq bələdiyyəmizin inzibati binasının qarşısında yerləşən məktub qutusu vətəndaşların məxfiliyi qorunmaqla öz fikir və təkliflərini sərbəst şəkildə çatdırılmasına xidmət edir. Əlavə olaraq müraciət üçün komissiyanın əlaqə nömrəsi və mail ünvanından da istifadə edə bilərlər. Güclü cəmiyyət inkişaf edən dövlətin əsas dayağıdır. Hüquqi maarifləndirmə, sosial dəstək və ictimai həmrəylik vasitəsilə daha ədalətli, daha sağlam və daha bərabər bir cəmiyyətin qurulmasına öz töhfəmizi verəcəyik.

Vüsalə Atayeva

Xəzər rayonu, Zirə bələdiyyəsi Gender komissiyasının sədri


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər