Ruhin Orucov: “Bələdiyyə tərəfindən mərhələli şəkildə icra olunan layihə başa çatdırılıb”
“Bu gün qəsəbədə aparılan abadlıq və quruculuq işləri uğurla davam etdirilir”– bu fikirləri Sabunçu rayonu, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov deyib.
Sədr qeyd edib ki, ötən aydan başlanan layihə artıq başa çatdırlıb. Belə ki, bür müddət əvvəl sakinlər tərəfindən edilən müraciətlər əsasında qəsəbənin Zabrat küçəsinin bir hissəsinə yeni asfalt örtüyünün çəkilməsi işləri aparılmışdır. Bu gün artıq küçənin ikinici hissəsinə asfalt örtüyünün çəkilməsi başa çatdırılıb.
Sədr əlavə edib ki, layihə iri həcmli olduğundan onu mərhələli şəkildə icra olunub.
Sakinlər qəsəbə ərazisində aparılan abadlıq və quruculuq işləri çərçivəsində vətandaşlar üçün təhlükəsiz, rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.
Belediyye.info
Rəylər
0 Rəy