Bələdiyyənin təşkilatçılğı ilə Balaxanı qəsəbəsində Beynəlxalq Ana Dili Günü qeyd olunub
"21 fevral Beynəlxalq Ana-dili günü münasibəti ilə Balaxanı bələdiyyəsi tərəfindən Balaxanı qəsəbəsi M.Ə.Sabir adina mədəniyyət evində qəsəbə şagırd və müəllimlərinin iştiraki ilə "Ana dilimizi qoruyaq" adlı tədbir keçirilib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Səkinə Kərimova deyib.
Tədbirdə
qeyd edilib ki, fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd
olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən
fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Sədr
bildirib ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə
hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını
hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu şagirdlərə
bir daha xatırladır.
Sədrin
sözlərinə görə, tədbir Azərbaycan Respublikasının dövlət himni oxunaraq başlayıb. Sonra uşaqlar ana
dilinə aid şerlər səsləndiriblər. Bununla yanaşı tədbirdə Cəlil Məmmədquluzadənin
"Anamin kitabi" adlı tamaşası nümayiş etdirilib.
Ölkəmizdə
ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər
sisteminə yol tapması dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər
Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət
dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi,
onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan
dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində
daha bir addım olub.
Bu gün Ulu
öndərin ali ideallarının gerçəkləşməsində Prezident İlham Əliyevlə birgə onun
xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da yaxından iştirak
edir.
Bu gün ölkəmizdə dilimizin saf və nəcib milli-mənəvi dəyərin qorunub saxlanması, ictimai şüurda möhkəmlənməsi, özünə güclü dayaqlar tapması ilə yanaşı, dünya miqyasında təbliği istiqamətində dövlət səviyyəsində ciddi layihələr icra olunmaqdadır.
Sonda fərqlənən şagirdlərə təşəkkürnamələr təqdim olunub.
Belediyye.info
Rəylər
0 Rəy