Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-10-2026 , 10:10

100

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

BORADİGAH BƏLƏDİYYƏSİNDƏN SAKİNLƏRƏ MÜRACİƏT

Masallı rayonu, Boradigah bələdiyyəsi sakinlərə müraciət edib. Muraciətdə deyilir:

“Hörmətli sakinlər!

Boradigah Bələdiyyəsi tərəfindən vətəndaşların əmlak və torpaq vergiləri üzrə borcları barədə məlumatlar artıq SMS bildirişləri vasitəsilə mobil telefon nömrələrinə göndərilir.

Lakin bəzi hallarda SMS bildirişlərinin sakinlərə çatdırılmasında çətinliklər yaranır. Bunun əsas səbəblərindən biri bəzi vətəndaşların adına bir neçə mobil nömrənin qeydiyyatda olması və bələdiyyə əməkdaşlarının aktiv istifadə edilən əlaqə nömrəsini müəyyənləşdirməkdə çətinlik çəkməsidir.

SMS bildirişi almayan sakinlərimizdən xahiş edirik ki, Boradigah Bələdiyyəsi ilə əlaqə saxlayaraq istifadə etdikləri mobil nömrənin dəqiqləşdirilməsinə köməklik göstərsinlər.

Əsas məqsədimiz hər bir sakinin vergi öhdəlikləri barədə vaxtında, düzgün və operativ şəkildə məlumatlandırılmasını təmin etməkdir. Bu istiqamətdə sakinlərimizin anlayışına, əməkdaşlığına və dəstəyinə güvənirik.

İnanırıq ki, birgə əməkdaşlığımız şəffaflığın artırılmasına, operativliyin təmin olunmasına və yerli özünüidarəetmə fəaliyyətinin daha səmərəli təşkilinə töhfə verəcəkdir.

Hörmətlə,

Masallı rayonu Boradigah Bələdiyyəsi”

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər