Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
24-06-2023, 16:40

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
Bələdiyyə mülkiyyətinə aid torpaq sahələri mülkiyyətə və icarəyə verilməsi məqsədi ilə hərrac və ya müsabiqəyə çıxarılarkən qanunvericiliyin tələblərinə əməl olunması barədə

                                                          

Torpaq münasibətləri dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir. Torpaq hüquq münasibətləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktları ilə tənzimlənir. Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir.

Mülkiyyət hüququnun subyektləri, dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətlərindən biri də öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsidir.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı fəaliyyətin təhlili göstərir ki, bir sıra hallarda bələdiyyələr torpaq sahələrini mülkiyyətə və ya icarəyə verilməsi məqsədi ilə hərrac və ya müsabiqəyə çıxararkən bələdiyyənin iclas qərarı olmadan müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinin müvafiq Ərazi Torpaq müsabiqə və hərrac komissiyası) ilə müqavilə bağlayır. 

Bildirilir ki, bələdiyyə kollegial orqan olduğundan bələdiyyənin fəaliyyəti ilə bağlı, o cümlədən bələdiyyə mülkiyyətinə sərəncam verilməsi ilə bağlı məsələlər bələdiyyə iclasının müzakirəsinə çıxarılmalı, müzakirəyə çıxarılan bütün məsələlər protokollaşdırılmalı, baxılan məsələlərə dair qərarlar qəbul edilməli, protokol iclasın sədri və katibi tərəfindən imzalanmalı və bələdiyyənin möhürü ilə təsdiq edilməlidir.

Hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməli, həmin qərarın bir nüsxəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.

Məhz bundan sonra bələdiyyə ilə torpaq hərraclarının və müsabiqələrinin təşkilatçısı olan müvafiq icra hakimiyyəti orqanı arasında hərracın (müsabiqə) keçirilməsi barədə müqavilə bağlanılmalı və hərrac (müsabiqə) təşkil edilməlidir.

Torpaq hərracı və ya müsabiqəsinin qalibi olmuş şəxsə müsabiqə və ya hərrac komissiyası tərəfindən verilən şəhadətnamə əsasında həmin şəxslə bələdiyyə arasında qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müvafiq müqavilənin bağlanılmaması hallarına da yol verilir.

Azərbaycan Respublikası Prezidentinin 23.10.2003-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarına əsasən hərrac və ya müsabiqədə qalib gəlmiş fiziki və ya hüquqi şəxslə bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanılmalıdır. Bələdiyyələr tərəfindən bu müqavilələrin bağlanılmasından əsaslı səbəblər olmadan yayınılması yolverilməzdir.

Eyni zamanda torpaq sahələrinin üzərində yerləşən tikililər barədə məlumatlar göstərilmədən boş sahələr kimi hərraca (müsabiqəyə) çıxarılması hallarına da rast gəlinir. Həmin torpaq sahələri ilə bağlı keçirilən hərracda (müsabiqədə) digər iştirakçılar qalib gəldikdə torpaq sahələri üzərindəki faktiki tikililərin sahibləri ilə ciddi münaqişələr yaranır. Nəticə etibarı ilə bu hallarda müvafiq rəsmiləşdirilmə aparılmadan həyata keçirilmiş tikililərin yerləşdiyi torpaq sahələrinə digər şəxslər mülkiyyət hüququ əldə edirlər. Bələdiyyələr tərəfindən üzərində tikili olan torpaq sahələrinin boş sahə kimi hərraca (müsabiqəyə) çıxarılması ciddi qanun pozuntusudur.

İzah olunur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsində qeyd olunur ki, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası ilə əlaqədar ölkədə mövcud olan özbaşına tikililərin rəsmiləşdirilməsi məsələsinin həlli istiqamətində müvafiq dövlət orqanları tərəfindən iş aparıldığı nəzərə alınmalıdır.

Odur ki, bələdiyyə mülkiyyətinə aid torpaq sahələri mülkiyyətə və icarəyə verilməsi məqsədi ilə hərrac və ya müsabiqəyə çıxarılarkən qanunvericiliyin tələblərinə ciddi əməl edilməsinin zəruriliyi xüsusilə diqqətə çatdırılmaqla, nöqsanlara və pozuntulara yol verilməsinin qarşısının alınması üçün tədbirlər görülməsi tövsiyə olunur.

 Rəis                                                                      Rəhman Məmmədov


Digər tövsiyələr