Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
10-05-2023, 08:33

Son xəbərlər

Bütün xəbərlər

Prezident Fərman imzaladı 

Fərman
17-04-2024 00:32

Nazirdən  yeni təyinat  

Azərbaycan Bələdiyyələri
17-04-2024 00:11

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına riayət edilməsi prinsipinin yerli özünüidarəetmədə əhəmiyyəti barədə.

Müasir və demokratik dövlətçiliyin əsas təməl prinsiplərindən sayılan insan hüquq və azadlıqları cəmiyyətin inkişafının əsas dinamik lokomotivi sayılır. İctimai həyatın demokratik inkişafında, cəmiyyətin harmonik və sabit yüksəlişində əsas ana xətt hesab edilən fundamental hüquq və azadlıqların qorunması müstəqil dövlət quruculuğu yolunun mayakıdır. Azərbaycanda baş verən tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin aparıcı komponenti sayılan hüquqi dövlət anlayışı kompleks şəkildə hüquq və azadlıqların təminini özündə ehtiva etməklə yanaşı, sabit inkişafın da təməli rolunda çıxış edir.

Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyanın preambulasında dövlətin müstəqilliyinin və suverenliyinin qorunması, hüquqi, demokratik quruluşa təminat vermək, hüquqi dövlət qurmaq, insan hüquqlarının təminatlı müdafiəsinə, vətəndaş cəmiyyətinə nail olmaq mühüm vəzifələr kimi bəyan edilmişdir. Konstitusiyanın 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Həmçinin sözügedən Qanunun 71-ci maddəsi insan və vətəndaş hüquq və azadlıqlarının təminatına həsr olunmuşdur. Qeyd edilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Konstitusiya görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.

İnsan ləyaqətinin qorunması və ona hörmət edilməsi, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqlara və azadlıqlara malik olması, hüquqların və azadlıqların hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə etməsi, hüquqlardan sui-istifadəyə yol verilməməsi Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının əsas prinsipləri kimi müəyyən edilir. Eyni zamanda ali qanunvericiliyimizdə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olması, dövlətin  hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməsi kimi müddəalar da təsbit olunmuşdur.

  1998-ci ildə dahi lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz “insan meyarı”nın inkişaf etdirilməsində görərək, insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq etmişdir.

Demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edilmişdir.

 Dahi liderin apardığı siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir. Demokratik, hüquqi dövlətin qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu istiqamətdə növbəti addımlardan biri də ölkə Prezidenti tərəfindən 27 dekabr 2011-ci il tarixdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın qəbul olunmasını göstərmək olar.

Azərbaycanın müasir inkişaf dövründə insan hüquqlarının  və azadlıqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətində olduğu kim yerli özünüidarəetmə sahəsində də fəaliyyətin əsasını təşkil etməlidir.

 Əhalinin qanunvericiliklə müəyyənləşdirilmiş yerli əhəmiyyətli məsələləri özlərinin həll və idarə etmələri üçün seçki yolu ilə formalaşdırdıqları idarəetmə orqanı kimi bələdiyyələr mahiyyətinə görə insanlara, əhaliyə ən yaxın idarəetmə orqanıdır. Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin ən mühüm şərtlərindən biri seçicilərinin, yerli əhalinin onlara inamının, dəstəyinin olmasıdır. Yerli əhəmiyyətli problemlərin həllini təşkil etmək, ərazidə yaşayan və işləyən vətəndaşların sosial qayğıları ilə məşğul olmaq, sakinlərin yaşayışı və istirahəti üçün sağlam mühit yaratmaq və qorumaq bələdiyyələrin əsas vəzifələrindən biridir.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Qeyd edilənlərdən goründüyü kimi yerli  özünüidarəetmə cəmiyyətin idarə olunmasında vətəndaşların iştirakının ən bariz formasıdır. Yerli idarəçiliyin əsasında yerli əhali, onların rifahının yaxşılaşdırılması,  ən əsası insan faktoru dayandığına görə sözsüz ki, yerli idarəçiliyin həyata keçirilməsində də insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına riayət edilməsi əsas meyar olmalıdır. 

Həmçinin sözügedən Qanunun tələblərinə görə bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri insan və vətəndaş hüquqlarına və azadlıqlarına bilavasitə aid sənəd və materiallarla hər bir vətəndaşın tanış olmaq, habelə qanunla xüsusi hallar nəzərdə tutulmayıbsa, bələdiyyələrin fəaliyyəti haqqında tam məlumat almaq imkanını təmin etməyə, seçicilərin tapşırıqlarını yerinə yetirməyə borcludurlar. Bu o deməkdir ki, öz müasir inkişaf mərhələsində olan Azərbaycan bələdiyyələri də insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması sahəsində aparılan ardıcıl islahatların vacib  hissəsi olmalıdır.

 Yerli rəy sorğusunun tərtibi, əhalinin bələdiyyə aktları yaratmaq təşəbbüsü, vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciəti, yerli özünüidarənin həyata keçirilməsində əhalinin məhəllə komitələri, assosiasiyalar, xeyriyyə təşkilatları yaratmaq və s. kimi hüquqların həyata keçirilməsi bilavasitə insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına riayət edilməsi prinsipi ilə əlaqəli olduğundan bələdiyyələr tərəfindən bu hüquqların realizə olunmasına şərait yaradılmalıdır.

Eyni zamanda yerli özünüidarəetmə orqanları tərəfindən hesabatlarla (bələdiyyələrin görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə verdiyi hesabatların) yerli əhalinin tanış olması, vətəndaşların müraciətlərinə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə  baxılması, yerli əhalinin öz hüquq və azadlıqlarının təmini məqsədilə məhkəmə müdafiəsindən istifadə edə bilməsi istiqamətində, həmçinin “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilməsinin mümkünlüyü barədə geniş izah işləri aparılmalıdır.

Göstərilənləri nəzərə alaraq bütün bələdiyyələrə yerli özünüidarəetmənin həyata keçirilməsi zamanı insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsinin vacibliyi, yerli əhalinin rifahının təmini məqsədilə onların qanunvericiliklə müəyyənləşdirilmiş hüquqlarının həyata keçirilməsinə şərait yaradılması, bununla bağlı yerli səviyyədə maarifləndirmə işlərinin aparılması tövsiyə edilir.

Bələdiyyələrlə iş mərkəzi



Digər tövsiyələr