İradə Ağayeva: “Büdcə gəlirlərimiz artdıqca seçicilərimizi narahat edən məsələlərin həlli də sürətlənir”
“Bu gün bələdiyyənin əsas məqsədi büdcə gəlirlərini artırmaqla vətəndaşların qaldırdığı problemlərin həllinə nail olmaqdır”-bu fikirləri Belediyye.infoya Masallı rayonu Hişkədərə bələdiyyəsinin sədri İradə Ağayeva deyib.
Xanım sədr bildirib ki, 2025-ci illə müqayisədə bələdiyyənin
ümumi büdcə gəlirində 3.73 dəfə, əmlak
vergisinin həcmində 2.19 dəfə, torpaq vergisinin həcmində isə 1.1 dəfə artım müşahidə
olunub.
Büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, 2026-cü
ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə 25.717 manat vəsait daxil
olub ki, onunda 6.172 manatı
əmlak vergisindən, 5.736 manatı torpaq vergisindən, 9.749 manatı
bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən əldə edilib. İl yarım ərzində
bələdiyyə mülkiyyətinin icarəsindən 3.992 manat
vəsait daxil olub. Əldə edilən vəsaitin 8.355 məhəllə
daxili yolların təmirinə 1185 manatı isə əhalinin həssas qruplarına maddi
yardım ayrılıb.
Sədr əlavə edib ki, 2025-cü ilin birinci yarısı üzrə bələdiyyə
büdcəsinə cəmi 5.441 manat vəsait daxil
olub ki, onunda 1.933 manatı əmlak vergisindən, 2.728 manatı
torpaq vergisindən, 637 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən
əldə edilib. İl yarım ərzində bələdiyyə
mülkiyyətinin icarəsindən 142 manat vəsait daxil olub.
Sədr sonda qeyd edib ki, vətəndaş məmnunluğunun təmin edilməsi üçün var gücümüzlə çalışıb büdcə gəlirlərini artırmağa çalışırıq. Büdcə gəlirlərimiz artdıqca seçicilərimizi narahat edən məsələlərin həlli də sürətlənir.
Belediyye.info
Rəylər
0 Rəy