Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-09-2026 , 17:33

90

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Fidan Fərzəliyeva: “Bələdiyyənin inkişafı yalnız bir qurumun fəaliyyəti ilə məhdudlaşmır

“Şabran bələdiyyəsinin yüksək səviyyədə inkişaf etməsi, sakinlərin sosial-rifahının yüksəldilməsi və şəhərimizin abadlığı üçün qarşımizda mühüm vəzifələr dayanır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Fidan Fərzəliyeva deyib.

Sədr qeyd edib ki, əsas məqsədimiz bələdiyyənin fəaliyyətində şəffaflığı və vətəndaşlarla birbaşa ünsiyyəti daha da gücləndirmək, sakinlərin müraciət və təkliflərini diqqətlə dinləmək və onların həlli istiqamətində konkret addımlar atmaqdır.

Bununla yanaşı, Şabran şəhərinin inkişafında, o cümlədən şəhərin abadlaşdırılması, yolların və küçələrin vəziyyətinin yaxşılaşdırılması, yaşıllıqların artırılması, kommunal və sosial infrastrukturun inkişaf etdirilməsi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və yeni layihələrin həyata keçirilməsində Şabran RİH-in həyata keçirdiyi layihələrlə yanaşı Şabran bələdiyyəsi olaraq  bizdə daim öz töhfəmizi veririk və bundan sonra da maliyyə imkanları çərçivəsində hər bir dəstəyimizi göstərəcəyik.

Sədr hesab edir ki, bələdiyyənin inkişafı yalnız bir qurumun fəaliyyəti ilə məhdudlaşmır. Bu prosesdə dövlət qurumları, sahibkarlar, ictimaiyyət nümayəndələri və ən əsası, Şabran sakinləri birlikdə iştirak etməlidirlər.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər