Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-07-2026 , 09:09

147

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Fidan Fərzəliyeva: “Maddi-mədəni irsimizin qorunması ilə bağlı Şabran bələdiyyəsində xüsusi proqram hazırlanacaqdır”

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Şabran bələdiyyəsinin inzibati binasında keçirilən növbəti görüşdə Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, habelə bələdiyyə qulluqçuları yaxından  iştirak ediblər.

Giriş sözündə ictimai birliyin sədri Vüqar Cəfərov görüş iştirakçılarına layihənin icrası, məqsədi və vəzifələri barədə  ətraflı məlumat verib.  Bu görüşədək artıq Cəlilabad, Masallı,  Yardımlı və Siyəzən rayonlarında hər birində iki gün olmaqla davam edən çoxsaylı görüşlərin keçirildiyini, maddi-mədəni irs nümunələrinin ziyarət edildiyini, o cümlədən hər bir görüşdə bələdiyyələrin üzv və qulluqçuları tərəfindən  maraqlı təkilflərin səsləndirildiyini qeyd edib.

Vüqar Cəfərov çıxışında Şabran rayonunun maddı-mədəni irs abidələrinin öyrənilməsi, qorunması və təbliği istiqamətində bələdiyyələrində üzərinə məsuliyyət yükünün düşdüyünü də xüsusilə qeyd edib.

“Özündə  zəngin, qədim tarixi və mədəniyyəti daşıyan ölkəmizin azsaylı rayonlarından biri də Şabrandır. Şabran həm də V-XVIII əsrlərdə mövcud olmuş qədim Azərbaycan şəhəri, Şirvanın mərkəzi olub”- bu fikirləri görüşdə Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva deyib.

Tarixə qısa bir ekskurs edən sədr qeyd edib ki, Qədim Şabran şəhərinin qalıqları müasir Şabran rayonunun Şahnəzərli kəndi yaxınlığında aşkar edildikdən sonra  ölkə başçısının  27.09.2003-cü il 1343 №-li Sərəncamı ilə “Şabran şəhəri” tarix-mədəniyyət abidəsi qoruq elan edilmişdir.   Sonradan isə ölkə başçısının 22 oktyabr 2019-cu il tarixli 1498 nömrəli Sərəncamı “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılmışdır.

Sədr qeyd edib ki, maddi-mədəni irsimizin qorunmasında bələdiyyələrimiz də öz sözünü deməli, maliyyə imkanları çərçivəsində  öz dəstəyini əsirgəməməlidir.

Maddi-mədəni irs nümunələrinin qorunması, mühafzəsi və təbliği ilə ilə bağlı Şabran bələdiyyəsi olaraq Şabran tarix-diyarşünaslıq muzeyi ilə, həmçinin “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə sıx əməkdaşlıq əlaqələri yaradılıb. Bu gun həm də  maddi-mədəni isrimizin gənclər arasında təbliğində bizdə öz sözümüzü deyirik.

Rayonda formalaşan beş bələdiyyənin hər birinin maddi-mədəni irisimizin qorunmasında öz töhfəsinin olduğunu qeyd edən xanım sədr görüşdə bu istiqamətdə beş bələdiyyənin hər birinin iştirakı ilə işçi qrupunun yaradılmasına maraqlı olduqlarını qeyd edib.

İndiki məqamda QHT tərəfindən  bu layihənin icrasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən xanım sədr mövzu ilə əlaqəli bələdiyyə iclasında xüsusi bir proqramın hazırlanacağını diqqətə çatdırıb.

Görüşdə bələdiyyə qulluqçusu Bənövşə Orucova və digər iştirakçılar mövzu ətrafında öz fikir və mülahizələrini bildirmişlər. Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

İki günlük səfər çərçivəsində həm bələdiyyənin həyata keçirdiyi layihələrə baxış keçirilmiş, həm də “Şabran tarix-diyarşünaslıq muzeyi, “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Pirəbədil kəndində olan Pirəbədil tarix müzeyi ziyarət olunmuş, kollektiv üzvləri ilə fikir mübadiləsi aparılmış, habelə rayonun Ləcədü kəndində olan XIX əsrə aid ölkə əhəmiyyətli tarixi abidə olan məscidə baxış keçirilmişdir. Qeyd edək ki, məscid  dövlət tərəfindən qorunan daşınmaz tarix-mədəniyyət abidələrinin rəsmi siyahısında 4196  nömrə ilə ölkə əhəmyyətli abidə kimi qeydiyyata alınmışdır.

Layihə çərçivəsində növbəti görüşlərin  Xaçmaz, Quba, İsmayıllı və  Oğuz rayon bələdiyyələrində keçirilməsi nəzərdə tutulmuşdur.

Əlavə edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və  2010-cu ilin fevral ayında rəsmi dövlət qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur.

Belediyye.info





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər