Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-03-2026 , 16:22

292

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Asif Həşimov: “Vəndam bələdiyyəsi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər keçirib”

 “Vəndam Bələdiyyəsi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub“- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Asif Həşimov deyib.

Sədr bildirib ki,  tədbir çərçivəsində bələdiyyənin xanım üzvləri və qulluqçuları bu əlamətdar gün münasibətilə təbrik olunub.

Eyni zamanda qəsəbənin ən yaşlı sakinlərindən olan 91 yaşlı Muxsə  Abbəkirova ziyarət olunaraq bayram münasibətilə təbrik edilib, onunla səmimi söhbət aparılıb və xoş arzular bildirilib.

Bununla yanaşı, Vəndam bələdiyyəsinin sədri və üzvləri şəhid analarını da ziyarət edərək onları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara dərin ehtiram və minnətdarlıqlarını ifadə ediblər.

Sonda sədr xanımlara arzularını da çatdırmağı unutmayıb:

“Vəndam bələdiyyəsi bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, xoşbəxtlik və firavan həyat arzulayır”


Belediyye.info 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər