Asif Həşimov: “Vəndam bələdiyyəsi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər keçirib”
“Vəndam Bələdiyyəsi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub“- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Asif Həşimov deyib.
Sədr
bildirib ki, tədbir çərçivəsində bələdiyyənin
xanım üzvləri və qulluqçuları bu əlamətdar gün münasibətilə təbrik olunub.
Eyni
zamanda qəsəbənin ən yaşlı sakinlərindən olan 91 yaşlı Muxsə Abbəkirova ziyarət olunaraq bayram münasibətilə
təbrik edilib, onunla səmimi söhbət aparılıb və xoş arzular bildirilib.
Bununla
yanaşı, Vəndam bələdiyyəsinin sədri və üzvləri şəhid analarını da ziyarət edərək
onları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara dərin
ehtiram və minnətdarlıqlarını ifadə ediblər.
Sonda
sədr xanımlara arzularını da çatdırmağı unutmayıb:
“Vəndam bələdiyyəsi bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, xoşbəxtlik və firavan həyat arzulayır”
Rəylər
0 Rəy